Varşava-Bakı aviareysi açılıb
Mayın 28-də "Four Seasons Hotel Baku"da Polşanın LOT Hava Yollarının Varşava-Bakı marşrutunun açılış mərasiminə həsr olunmuş mətbuat konfrans keçirilib.
Sonxeber.az xəbər verir ki, mətbuat konfransında Azərbaycanın polşalı turistlər üçün kosmopolit bir ölkə olduğu vurğulanıb.
"Biz polşalı turistləri Azərbaycanda görməkdən çox məmnun olardıq. Sirr deyil ki, müasir Bakı XIX əsrin sonu - XX əsrin əvvəlində burada başlayan neft bumundan sonra Qərb və Şərqi birləşdirərək kosmopolit şəhərə çevrilib. Bu yenilik qarşısında bir qrup polşalı memar özündən sonra böyük irs qoyub. İki ölkə arasında mədəni əlaqələr var və açacağımız hava yolu vasitəsilə bu dostluğu möhkəmlədirəcəyik", - deyə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib.
O qeyd edib ki, birbaşa uçuşlar və sadələşdirilmiş e-viza prosedurları sayəsində kosmopolit bir şəhəri, zəngin mətbəxi və heyrətamiz təbiəti, eyni zamanda, zəngin mədəniyyəti kəşf etmək istəyən polşalılar üçün Azərbaycan ideal ölkədir. Bakıda "Hilton" "Jw Marriot", "Four Seasons" kimi yerli və beynəlxalq hotel şəbəkələri var. Yaxın gələcəkdə bu şəbəkəyə "Ritz Carlton", "Hotel Indigo" və "Wyndham Garden" otelləri də qoşulacaq. Sadalanan otellərlə yanaşı, dağlarda kiçik evlərdən başlamış butik hotellər də fəaliyyət göstərir ki, bunlar da turistlərin qala biləcəyi yerlərdir.
"Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm. Şadam ki, Varşava-Bakı hava yolu bu gündə açıldı. Bunu hədiyyə kimi qiymətləndirirəm. Mən artıq tur operatorları ilə görüşdüm, hər iki turizm agentlikləri artıq anlaşma memorandumu imzalayıblar",- deyə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski qeyd edib.
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bildirib ki, ölkələrimiz tarixi əlaqələrin 550, diplomatik əlaqələrin 30 illiyini və strateji əlaqələrin 5 illiyini qeyd edir. O, paytaxtlarımızı birləşdirən bu əlaqələri xalqlarımızı da birləşdirəcəyinə əminliyini vurğulayıb.
LOT Polşa Hava yollarının prezidenti Rafal Milczarski isə deyib: "Biz uçuş xətlərimizi təkcə müasir tələblərə uyğun deyil, eyni zamanda, sərnişinlərimizin istəklərinə uyğun qurmuşuq. Əminəm ki, polşalılar Bakıda gözəl macəra yaşayacaqlar. Polşalı turistlər İçərişəhərdə azərbaycanlıların səhər yeməyini sevəcək, Dənizkənarı Milli Parkda Şərqlə Qərbi birləşdirən abidələrlə tanış olacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili
11 sentyabrPrezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr
7 sentyabrBitkoinin qiyməti azalıb
Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib
11 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb
Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü
15 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabrAvtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA
Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil
10 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabr