Tokayevin Putinin üzünə dediyi möhtəşəm sözlər...
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda – Rusiya Prezidenti Vladimir Putinin yanında "dxr" və "lxr"i "kvazidövlət"lər adlandırdı. Və bunu BMT Nizamnaməsi ilə izah etdi.
"BMT Nizamnaməsindəki iki əsas prinsip – ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ indi bir-biri ilə ziddiyyət təşkil edir. Lakin bütün dünyada millətlərin öz müqəddəratını təyin etmə hüququ reallaşarsa, indi BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600 dövlət yaranacaq ki, bu da xaosa səbəb olacaq. Buna görə biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Bu prinsip Luqansk və Donetskdə olan kvazidövlət ərazilərinə də şamil olunacaq", – Tokeyev deyib.
Putinin yanında dediyi bu sözləri bir qədər yumşaltmaq üçün "bu, səmimi suala səmimi cavabdır" deyə əlavə də edib.
Yanvar hadisələri fonunda Qazaxıstan Prezidentinin bu çıxışı cəsarətlidir, xüsusilə Putinin yanında. Amma Tokayevin bu məsələdə kiçik tərəddüdü belə öz əleyhinə olardı, təkcə ona görə yox ki, BMT Nizamnaməsi bunu tələb edir, burada söhbət Qazaxıstanın ərazi bütövlüyündən gedir. Tokayev də bilir ki, Ukrayna ərazisini "rusların və rusdilli əhalinin müdafiəsi" iddiası ilə işğal edən Rusiyada Qazaxıstanın şimal bölgəsinin eyni iddia ilə "ilhaqı" planı həmişə mövcud olub.
Tokayev əslində Putinə "Qazaxıstanda eyni ssenariyə imkan vermərik" deyir./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1341 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peskov: Bizə atəşkəs yox, sülh lazımdır
Rusiya Ukrayna münaqişəsi üzrə müvəqqəti atəşkəs deyil, sülhün son şəkildə əldə edilməsinin tərəfdarıdır. "Report" xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks" agentliyinə açıqlama verib. "Heç nə dəyişməyib. Bizə atəşkəs deyil, sülh lazımdır"
21 oktyabrAtlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyib
ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını "Tramp okeanı" ilə dəyişdirmək istədiyini, lakin "Google" şirkətinin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyini bildirib. "Qafqazinfo"nun məlumatına görə, Tramp coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkə
22 oktyabrHəmin ada 5 milyona satılır - Fotolar
Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"
21 oktyabrTrampın xüsusi nümayəndəsi danışıqlar üçün Rusiyaya gedib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparmaq üçün yenidən Rusiyaya səfər edib. xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov bildirib. Onun səfəri Osloda Vladimir Zelenski ilə görüşdən bir gün sonra baş tutacaq
21 oktyabrKosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22 oktyabrYəməndə raket hücumu nəticəsində onlarla hərbiçi həlak olub
Yəmənin Şəbva vilayətində hökumət qüvvələrinin təlim düşərgəsinə raket hücumu nəticəsində azı 58 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir. Daha 14 nəfərin itkin düşdüyü qeyd olunur. Hücum ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Associated Press-ə istinadən xəbə
21 oktyabrÇin restoranları çatdırılma tətbiqlərinin hökmranlığına qarşı çıxır
Çində restoranlar yemək çatdırılması platformalarının bazardakı üstünlüyünə qarşı mübarizəni gücləndirirlər. Çatdırılma xidmətləri arasındakı rəqabət restoranların mənfəət marjasını azaldır, eyni zamanda müştərilərin birbaşa restorana gedərək yemək yeməsinə də mənfi təsir göstərir. France 24-ə istinadə
21 oktyabr