Polad Bülbüloğlu Rusiyadan Babayanla bağlı izahat İSTƏDİ
"Özünü "Artsax Respublikasının xarici işlər naziri" kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya "işgüzar səfər" etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət olunub".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfirliyi bəyan edib.
Səfirilyin yaydığı məlumatda bildirilib:
"Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olub, bu səbəbdən də tirajlanan "işgüzar səfər" xəbərləri həqiqəti əks etdirmir. Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşıyıb və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib.
Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə "səfərlər" barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1356 Tarix: 29 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr