Sabiq deputat "Azərbaycan Dəmir Yolları"nı tənqid etdi
"Yayın hay-hayı gedib, vay-vayı qalandan sonra "Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə-Bakı sürət qatarının boş gedib-gəlməsindən bezib bilet qiymətini 5 manat endirib. Yəni 20 oldu 15 manat (Amma 10 manat artırmışdılar). Bunu da hər yerdə reklam edirlər..."
Bunu sabiq deputat Etibar Hüseynov bildirib.
"Bu qəbildən olan elanı oxuyub sonuna çatanda diksindim. Əvvəl elə bildim ki, keçən ildən qalma elandı. Çünki xəbərin sonunda deyilirdi ki, "bilet satışı zamanı 18 yaşdan yuxarı sərnişinlərdən peyvənd, əks-göstəriş, immunitet sertifikatları tələb olunur". Nə az, nə çox, düz 3 sertifikat. Və bunun da haradasa xortlayıb yenidən peyda olmuş Operativ Qərərgahın tələbi ilə edildiyi bildirilir. Bu nə biabırçılıqdır! Siz bu millətlə məzələnirsinizmi? Nə sertifikat? İndiyə sertifikat qalar? Hamı çoxdan cırıb tullayıb onu. Bir də ki, bu sertifikat dünənə qədər niyə yadınıza düşmürdü, indi 5 manat endirim edən kimi yadınıza düşdü? Nə vaxta qədər hər yeni gələn, gedənin atasına rəhmət oxutduracaq? Sanki içəridən hansısa qara qüvvə hər gün ölkə vətəndaşlarını iqtidardan narazı salmaq üçün addım atır. Bu məmləkətdə nə baş verir anlamıram" – E.Hüseynov qeyd edib. (Pravda)
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1153 Tarix: 10 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr