"Tovuz döyüşlərində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Böyük Qələbəmizin xəbərçisi oldu" - Deputat

"Tovuz döyüşlərində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Böyük Qələbəmizin xəbərçisi oldu" - Deputat"Azərbaycanın hərb tarixinin ən mühüm səhifələrindən biri olan Tovuz döyüşlərindən 2 il ötür. Bəllidir ki, Müzəffər Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Azərbaycanın möhtəşəm qələbəsi, Ermənistanın biabırçı məğlubiyyəti Tovuz döyüşlərindən başladı. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla, 12 hərbçimizin şəhid olduğu Tovuz döyüşləri Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Təcavüzkar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində mövqelərimizə hücum cəhdi ilə başlayan döyüşlər Qarabağın düşmən işğalından azad olunması ilə başa çatdı. Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü və Azərbaycan ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun yüksək olduğunu nümayiş etdirdi. Beləliklə, Tovuz döyüşləri Azərbaycanın Vətən müharibəsində mənfur düşmən üzərində qazanmış olduğu böyük Zəfərin ilk qığılcımlarından oldu".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında deputat Tamam Cəfərova deyib.

O bildirib ki, 12 iyul 2020-ci il tarixində münaqişə bölgəsindən uzaqda Tovuz istiqamətində Ermənistanın yeni arzularla başladığı təxribat xarakterli döyüş əməliyyatlarını Müzəffər Ordumuz qəhrəmancasına düşmənə ağır zərbə endirərək geri oturtdu:

"Təbii ki, bu hadisə tarixi qələbəmizin başlanğıcı oldu. Bununla da Ermənistan ordusunun guya "məğlbedilməzlik" mifi bir daha darmadağın oldu. Əlbəttə, Ermənistan ordusu barədə mifin dağılması hələ 2016-ci ildə Aprel döyüşləri vaxtı başlamışdı. 2016-ci ildə Ermənistan ordusunun təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxarmışdı. Belə ki, Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkündür.

İkincisi, bu ölkədə işğalçılığın və seperatizmin dövlət siyasəti olduğu təsdiq olundu. Eyni zamanda, erməni xalqı "şanlı ordu"sunu tanıdı və guya "məğlubedilməz erməni ordusu"nun bir mifdən ibarət olduğunu gördü. Tovuz döyüşləri də bütün bunların növbəti və ən həlledici mərhələsi idi".

Tovuz döyüşlərinin tarixi əhəmiyyətinə diqqət çəkən deputat qeyd edib ki, bu tarixi hadisə bir daha xalqımızın vətənpərvərliyini, xalq-iqtidar birliyini göstərməklə bərabər, xalq-ordu-dövlət həmrəyliyinin nümayişi idi:

"Xalq bir yumruq kimi ordunun və dövlətin ətrafında sıx birləşdi. Tovuz döyüşləri başlanan ilk gündən 10 minlərlə gənc küçələrə axışaraq döyüşə getmək üçün səfərbər olmağa hazır olduqlarını nümayiş etdirdi. Ali Baş Komandanın döyüşə getmək istəyənlərə ərazi hərbi komissarlıqlarında qeydiyyatdan keçmək çağırışına 10 minlərlə gənc dərhal qoşuldu. Məhz Tovuz döyüşlərində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Böyük Qələbəmizin xəbərçisi oldu".

Sonda Tamam Cəfərova Tovuz döyüşlərində şəhadətə ucalan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, əziz xatirələri qarşısında hörmət və ehtiramla baş əydiyini bildirib:

"Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqdır!"

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1141   Tarix: 14 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Qeyd edək ki, hazırda səhiyyə nazir

2 iyul
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Azərbaycan nümayəndə heyəti İrandadır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran

3 iyul
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun