Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə şərait yaradılacaq"- Ramil Həsən
Bir qrup Xankəndi sakini erməni Azərbaycana müraciət edərək Azərbaycan vətəndaşı olmaq istədiklərini bildiriblər. Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki,erməni əsilli şəxs Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan konstitusiyasının verdiyi hüquqlar çərçivəsində yaşayacaqsa, ona şərait yaradılacaq:
"Son günlər sosial şəbəkələrdə də şahid olduğumuz kimi bir çox ermənilər həm Azərbaycan vətəndaşlığı almaq, həm də Azərbaycan ərazisində yaşamaq istəyirlər. Ən önəmli nüanslardan biri də budur ki Qarabağın qiymətli parçası Xankəndində Azərbaycan vətəndaşı olaraq yaşamaq arzularını ifadə edən bəyanatlarla çıxış ediblər. Bizə düşmən və qənim kəsilmiş ölkə vətəndaşlarının belə öz ölkəsinin yeritmiş olduğu iyrənc siyasətdən bezərək Azərbaycanın qüdrətinə və insana verdiyi dəyərə sığınması Azərbaycanın dünya ictimaiyyətində formalaşmış imicinin bariz nümunəsidir. Eyni zamanda bu iqtisadi-siyasi sabitlik, vətəndaşların rahat yaşayıb işləyə bilməsi, Azərbaycan dövlətinin öz vətəndaşının haqqına sahib çıxması Ermənistan vətəndaşları üçün də vacib amilə çevrilib. Burdakı faktlardan biri də Azərbaycan dövlətinin dəmir yumruq ilə düşmənin başını əzərək işğalda qalan torpaqlarımızı azad etdikdən sonra göstərdiyi xoş niyyət, tolerant münasibət, Ermənistanın inkişafdan geri qalması , Azərbaycanın sosial cəhətdən inkişafıdır. Mən əminəm ki, yaxın gələcəkdə biz Qarabağın bütün istiqamətlərində əngəlləri aradan qaldıraraq Xankəndidə də tam hakimiyyəti bərpa edəcəyik. Prezidentimizin də qeyd etdiyi kimi erməni əsilli şəxs Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan konstitusiyasının verdiyi hüquqlar çərçivəsində yaşayacaqsa, ona şərait yaradılacaq. Azərbaycan tolerant bir dövlətdir. Konstitusiyada bütün vətəndaşlar bərabərdir. Əminəm ki, Azərbaycanın bu gücü, atdığı mühim addımlar gələcəkdə bütün sahələrdə bu gün də olduğu kimi qalib gəlməyimizin vacib predmenti olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir