Deputatdan Şuşada arıçılığın qadağan edilməsinə reaksiya: "Oradakılar erməni arılardır?"
Nazirlər Kabineti (NK) "Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı"nı təsdiqləyib. Sənədə əsasən, Şuşada bal və arı mumunun istehsalına da qadağa qoyulub. NK-nın bu qərarı ekspertlərin müzakirəsinə səbəb olub. Bildirilir ki, Şuşada arıçılığın inkişafı üçün hər cür şərait mövcuddur. Laçında arıçılıq varsa, Şuşada nə üçün qadağa olunsun?
Milli Məclisin deputatı Eldar Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, NK-nın bu qərarının səbəbləri aydınlaşdırılmalıdır: "Bunun nə ilə əlaqədar olduğunu araşdırmaq lazımdır. Bəlkə Şuşadakılar erməni arılardır? Bu hansı məqsəd, hansı yanaşmadır? Birinci dəfədir eşidirəm ki, arıçılığı qadağan etsinlər. Ola bilər, insanları qorumaq üçün belə qərar veriblər. Bəlkə bunlarda hansısa məlumat var, bilirlər, ona görə elə deyirlər. Qarabağ dağlıq zonadır, meşəlik, yaşıllıq üstünlük təşkil edir. Arılar da orada rahat hərəkət edirlər, bal yığırlar. Arıya lazımdır ki, meşəlik, gül-çiçək olsun, bal yığsın. Qarabağın balı həmişə dillərdə əzbər olub. Görəsən, bu qərarı hansı məqsədlə veriblər? Hər halda adi məsələ deyil. Hardansa qaynaqlanan məsələdir. Yəqin NK-nın hansısa informasiyası var. Düşməndən hər şeyi gözləmək olar".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1174 Tarix: 13 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr