Araz Əlizadə: "Rus dilinə qadağa qoysaq, çevrilib Ukrayna olacağıq"
"Bəziləri tövsiyə edir ki, ictimai yerlərdə rus dilində danışılmasın, buna qadağa qoyulsun. Xeyr. Çox axmaq, səfeh fikirdir. İnsan hansı dildə istəyir, o dildə də danışır. Buna qadağa qoymaq lazım deyil. Qadağa qoysaq, çevrilib Ukrayna olacağıq. İstəmirəm ki, Azərbaycan Ukraynaya çevrilsin".
Sonxeber.az xəbər verir ki, bu fikirləri Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə deyib.
A.Əlizadə uşaq bağçalarında Azərbaycan bölmələrinin sayının azalmasına, hətta bəzi bağçalarda bu bölmənin olmamasına da münasibət bildirib: "Bunun üçün uşaq bağçalarında və məktəblərdə Azərbaycan bölmələrində təhsilin səviyyəsini artırmaq lazımdır. Azərbaycan bölmələrində təhsil zəifdir. Təəssüf ki, ona görə də valideynlər uşaqlarını rus bölməsinə verirlər".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1449 Tarix: 13 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr