"Rus sülməramlıları ermənilərin evləri və meşələri yandırmasının qarşısını almalıdır"- Razi Nurullayev
Bir neçə gündür ki, sosial mediada ermənilərin Laçını tərk edərkən evlərə və meşəyə od vurub yandırma görüntüləri yayılır.
Bununla bağlı Sonxeber.az -a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, bunun qarşısını ilk növbədə rus sülhməramlıları almalıdır. Azərbaycan ordusu da hərəkətə keçə bilər:
"Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli razılıq əldə olunanda ermənilər rəsmi və qeyri-rəsmi öhdəlik götürüblər ki, oradakı əmlakı yandırmayacaqlar. Amma görünür ki, onlar buna əməl etmək istəmirlər. Hətta rəsmi Ermənistanın çağırışına baxmayaraq,yenə meşələri və evləri yandırırlar. Bu, onların barbar təbiətindən xəbər verməklə yanaşı, həm də hələ Azərbaycanının səbrini tarıma çəkdiklərini göstərir. Birinci növbədə rus sülhməramlıları əlində silahla o baş-bu başa gəzmək üçün deyil, onlar bunun qarşısını almalıdırlar. Onlar ermənilərin bu vəhşiliyinin qarşısını almırsa, məsuliyyətini də onlar daşıyırlar. İkincisi, əgər onların qəsdən meşəni və evləri yandırmaq cəhdləri ortadadırsa, Azərbaycan ordusu bunun qarşısını almaq üçün hərəkətə keçə bilər. Çünki onlar ancaq qorxduqları zaman geri çəkilirlər. Ermənilər 30 il azərbaycanlıların qovulduğu evdlərdə yaşayıblar. 30 ilə yaxın yaşadıqları yeri bu gün "vətən" adlandırırlar. Bir milyona yaxın azərbaycanlı didərgin düşdü və hər şeyini itirdi. İnsanda nə qədər barbarlıq və üz olmalıdır ki, bu addımı atsın. Ona görə düşünürəm ki, Azərbaycan ordusu müəyyən addımlar atmalı və sülhməramlılardan bunu kəskin şəkildə tələb etməlidir".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir