Tunis məhkəməsi "Xelo" gəmisində tutulan iki azərbaycanlı haqqında qərar verdi
Tunis Respublikasının Qabes şəhəri yaxınlığında Ekvatorial Qvineya bayrağı altında üzən "Xelo" gəmisi əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb. Gəminin yeddi nəfərlik heyət üzvündən iki nəfəri - Səfərov Fədail Əhməd oğlu və Pənahlı Əli Mirzə oğlu - Azərbaycan Respublikasının vətəndaşı olub.
Sonxeber.az-ın xəbərinə əsasən, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, gəminin heyət üzvləri hadisənin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə həmin gündən etibarən Tunis Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
"Vətəndaşlarımıza zəruri konsulluq yardımının göstərilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Tunis Respublikasının aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər ünvanlanıb.
Tunis Respublikasının aidiyyəti dövlət qurumlarında görüşlər keçirilib, gəminin saxlanılan heyət üzvləri ziyarət ediliblər. Eyni zamanda, gəminin sahibi olan şirkətlə əlaqə saxlanılaraq, çətin vəziyyətə düşmüş vətəndaşlarımıza hüquqi və maliyyə yardımının göstərilməsi məsələsi üzrə danışıqlar aparılıb", - deyə XİN-dən bildirib.
2022-ci ilin 10 avqustunda Qabes şəhər İbtidai Məhkəməsində keçirilmiş son məhkəmə iclasında qəzaya uğramış gəminin heyət üzvlərinin azad olunmasına dair qərar qəbul edilib.
2022-ci ilin 21 avqust tarixində vətəndaşlarımız Tunis Respublikasının ərazisini tərk ediblər.
"Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq harada olmasından asılı olmayaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir", - deyə məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir