Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB + FOTO
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
10:12
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Bakıya rəsmi səfər edəcək.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın paytaxtında hər iki dövlət başçısının dar çərçivədə və geniş tərkibdə görüşləri planlaşdırılır.
Danışıqların gündəliyinə ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir.
Həmçinin, bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Arzum məhkəmə zalında həbs edildi - Video
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)
Şamda qadın turist küçədə gəzərkən bir qrup kişinin təcavüzünə məruz qalıb - VİDEO
Qanalı məşhur şaman bu dəfə Dünya Kubokunun qalibini açıqladı
Azərbaycanda boşanmalar niyə artır? - AÇIQLAMA
SEA BREEZE-də CASPIAN MOTOR SHOW keçirildi
Qara çayı niyə çox içməlisiniz? - SƏBƏB