Oturaq rejimdə işləyənlərin NƏZƏRİNƏ: Bu xəstəliklərdən qorunmaq üçün..
"Oturaq iş rejimi həmçinin şəkərli diabet, yüksək təzyiq kimi sağlamlıq problemlərinə gətirib çıxarır".
Bunu Sfera.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin həkim-terapevti Nuranə Əliyeva deyib.
O qeyd edib ki, daimi olaraq oturaq iş rejimində çalışan insanların onurğa sütunu əyriliyi və xalq arasında boyun kirəclənməsi kimi tanınan osteoxondroz xəstəlikləri baş verir: "Həmçinin, belə iş rejimində çalışan insanların mədə bağırsaq sistemində müxtəlif problemlər yaranır. Bu şəxslərdə qəbzlik, babasil kimi xəstəliklərə rast gəlinir. Həmin insanlarda xroniki yorğunluq, depressiyaya meyllilik digərləri ilə müqayisədə daha çox müşahidə olunur. Sadalanan problemlərin qarşısını almaq üçün ilk növbədə iş şəraitini dəyişmək mümkündürsə, dəyişdirilsin. Lakin əksər hallarda bu qeyri-mümkün olur. Ona görə də yaxşı olar ki, iş saatlarında hər saatbaşı 5-10 dəqiqəlik fasilə verilsin. Fasilə müddətində göz əzələlərini də məşq etdirmək lazımdır".
Mütəxəssis bildirib ki, imkan daxilində yüngül idman hərəkətləri də etməkdə fayda var: "Ən yaxşı üsullardan biri də gündəlik, müntəzəm olaraq idmanla məşğul olmaqdır. Çalışın ən azı 1 və ya 1.5 saat açıq havada gəzin. Bu baxımdan həm də qida rasionuna diqqət etməlisiniz. Gün ərzində hərəkət aktivliyi az olan insanlar mümkün qədər az və sağlam qidalanmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1225 Tarix: 25 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrXərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabr