"Bu şəkil bir çox siyasi sualların cavabıdır" - NAQİF HƏMZƏYEV
"Şanxay Əməkdaşlıq Təşkilatının növbəti toplantısı çərçivəsində Səmərqənddə dünya liderlərinin iştirak edirlər. Bu görüşdə rəsmi hissələrlə yanaşı mədəniyyət tədbirləri də var. Bu tədbirlər içərisində "Əbədi şəhər" adlanan ərazidə ölkə rəhbərlərinin gəzintisi təşkil edilib".
Bunu Sonxeber.az-a olan açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, bu gəzintidən sonra ölkə liderləri çay süfrəsi arxasında görüşüblər və bu görüş zamanı qeyri-rəsmi söhbətlər gedib.
"Bu şəkil bir çox siyasi sualların cavabıdır. Burda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarının iştirak eləmələri və Rəcəb Tayyib Ərdoğanın nitqinə qulaq asmaları, onun dünyada söz sahibi olan liderlərdən biri olduğunu göstərir. Şanxayda Türkiyə prezidentinin də iştirak etməsi digər liderlər tərəfindən də xoş qarşılanır. Cənab İlham Əliyevin Türkiyə prezidentinin yanında oturması və digər fotolarda Cənab Prezidentin başqa prezidentlərlə səmimi dialoqlarının baş tutması onun nə qədər hörmətə layiq, önəmli lider olduğunu ortaya qoymaqdadır. Burdan belə bir nəticə çıxartmaq olar ki, Ermənistanın ümid edib kömək gözlədiyi ölkə liderlərinin əksəriyyəti burda iştirak edir. Onlar da Cənab Prezident və Ərdoğanla yaxın münasibətdədirlər. Bu da onu göstərir ki, Cənab Prezident qalib, zəfər çalmış ölkənin lideri olaraq bu toplantıya qatılıbdır. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri tərəfindən yeri və önəmi dərk edilib, qəbul olunur və Azərbaycanla əlaqələrin güclənməsinə bu ölkələr çox böyük dəyər verilir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı