İlkin hərbi qeydiyyata alınanların nəzərinə! - Qaydalar dəyişir
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilir.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.
Qanun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm ölçüdə fotoşəkil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı