Görüntüləri günün fotosuna çevrilən sammit hansı əhəmiyyətə malikdir? - AÇIQLAMA
"Hazırda regional və beynəlxalq münasibətlər sistemində hədsiz gərginliyin yaşandığı, əvvəlki ənənəvi formasiyanın Rusiya-Ukrayna savaşı fonunda dəyişəcəyi, dünyanı təkcə real hərbi əməliyyatların deyil, həmçinin sanksiyalar müharibəsinin bürüdüyü bir dövrdə Səmərqənddə Şanxay Əməkdaşlıq Təçkilatının Sammiti keçirilir".
Bu fikirləri BiG.AZ-a Milli Məclisin deputatı Zahid Oruc Səmərqənddə baş tutan sammiti şərh edərkən deyib.
Millət vəkili qeyd edib ki, zirvə toplantısında Prezident İlham Əliyevin digər ölkə başçıları ilə baş tutan görüşü ikitərəfli münasibətlər sistemi üçün mühüm rol oynayır:
"Bir sıra media quruluşları buna dünyanın yenidən bölüşdürülməsi planında az qala Potsdam konfransı kimi yanaşırlar. Bu da əsassız deyil, çünki bir sıra dövlətlər bu sammitə yeni dəvət olunublar. Prezident İlham Əliyev həmin təşkilata Türkiyə lideri ilə birgə daxil olub. Dünən bir sıra görüşlər həyata keçirilib. Bunlar ikitərəfli münasibətlər sistemi üçün hər zaman strateji önəm daşıyıb. Həmçinin, artıq ən yüksək səviyyəyə daxil olan Azərbaycan-Özbəkistan liderlərinin görüşü, o cümlədən qardaş Türkiyə lideri ilə aparılan danışıqlar da bu sıradadır. Lakin Şanxay Əməkdaşlıq Təşkilatı əhali sayına görə dünyada 40 faizi əhatə edir və şübhəsiz ki, bu, ümumi daxili məhsul, onun adambaşına nisbəti, ümumi ticarət dövriyyələri baxımından çox böyük coğrafiyadır. Bu, geniş bir məkandır. Həmişə də iqtisadi kooperasiyalar, böyük dünyəvi layihələr qeyd etdiyimiz qitələr üzərindən reallaşdırılır".
Z.Oruc bildirib ki, bütün hallarda Prezident İlham Əliyevin bu görüşdə iştirakı Azərbaycanın milli maraqlarına xidmət edir:
"Prezident İlham Əliyev bu görüşə 12-14 sentyabr aralığında Ermınistanın Azərbayacana qarşı böyük sərhəd zolağı boyunca, xüsusilə də İkinci Qarabağ müharibəsində qazandığımız qələbənin ardınca 600 kilometrdən artıq olan Kəlbəcər, Zəngilan xətti boyunca təxribatlardan və ermənilərə vurulmuş ağır zərbələrdən sonra gedib.
Şübhəsiz ki, bunun böyük hərbi-siyasi və təhlükəsizlik baxımından mənası var və bizim üçün önəmlidir. Ermənistanın hər hansı bir sərhəd ərazilərdən cəbhə xətti, təmas xətti düzəltmək istəyi ilə yanaşı, həmçinin, bizim üzərimizə dünya dövlətlərini qaldırmaq, ayrı-ayrı ikitərəfli münasibətlərə zərbə vurmaq, ölkəmizin mühakiməsini əldə etmək, sanksiyalar qazandırmaq niyyəti vardı.
Lakin Şanxay platforması Azərbaycan üçün strateji məna daşıyır. Bu, qəti bir şəkildə iqtisadi-siyasi müstəqilliyimizə nəinki xələl gətirmir, əksinə onu genişləndirir və gücləndirir, çünki qardaş Türkiyə də bu prosesdə fəal iştirak edir.
Dünya siyasətini müəyyənləşdirən, qlobal büst kimi çıxış edən dövlətlərlə eyni platformada, eyni masada olmaq bizim üçün bir uğurdur. Bu gün müzakirə ediləcək məsələlərin sırasına geniş baxdığımızda bunun hansı istiqamətlərdə bizim üçün yeni fürsətlər və imkanlar açmış olacağı barədə daha detallı fikirlər söyləyə bilərik. Bütün hallarda belə bir platformada iştirak Azərbaycanın milli maraqlarına, mənafelərinə uyğundur. Bu, qələbəmizin legitimliyini təmin edən hadisədir, zəfərimizi gücləndirir, Azərbaycanın Ermənistanla haqq savaşında bizim mənafelərimizə cavab verir".


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı