Deputat şəhid Səbuhi Əhmədovla bağlı məsələyə münasibət bildirdi: "Rüşvət alınması vicdansızlıqdır, amma buna inanmıram"
"Sosial şəbəkələrdən şəhidimiz Səbuhi Əhmədovdan rüşvət alınması barədə oxudum. Hazırda heç bir fikir söyləmək olmaz. Ona görə ki, əlimizdə hansısa real, dəqiq, rəsmi məlumat və fakt yoxdur. Əsas budur ki, şəhidimizin qardaşının həmin fikirlərindən sonra təkzib verməsi dövlət orqanları tərəfindən araşdırılır. Məsələ necə olub, bu fikri niyə söyləyib? Bəs sonradan niyə təkzib edib? Əlbəttə, fikir yürütmək həm araşdırma aparan orqanların, həm də insanların çaşqınlığına səbəb ola bilər. Ona görə də zaman lazımdır ki, məsələ araşdırılsın, sonra dəqiq fikir söylənilsin".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, dövlət şəhidlərə, onların ailələrinə, qazilərə çox böyük diqqət və qayğı göstərir: "Ölkə başçımızın nümunəsində bu insanlar Birinci vitse-prezident Mehriban Əliyevanın, YAŞAT Fondu vasitəsilə insanların qayğısı, şəfqəti ilə əhatələniblər. Hər kəsin onlara böyük hörmət, ehtiram göstərməsi təbiidir, bu, hər birimizin borcudur. Belə insanlardan rüşvət alınması, yaxud nəyinsə müqabilində nəsə güdülməsi vicdansızlıqdır. Belə bir məmurun olmasına, düzünü deyim, inanmıram. Amma yenə də fakt söylənilib. Təkzib videosu da var. Demək, araşdırılmalıdır. Bu və ya digər formada fakt varsa, bu məsələdə əli, günahı olan insanlar mütləq cəzalandırılmalıdır. Hansı tərəfdən olsa, dəxli yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı