Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"

Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"Müdafiə Nazirliyinin açıqladığı 77 nəfərlik siyahıda 18 yaşlı iki şəhidimiz var. Onlar 2004-cü il təvəllüdlü İbrahim Şöhrәt oğlu Hәsәnov və Amin Rasim oğlu Qəfərlidir.

Əslən Zəngilan rayonunun Zərnəli kəndindən olan Amin Qəfərli Bakı şəhərində doğulub.

"Amin hər bir məsələdə özünü irəli atırdı. Elə xidməti tapşırıqlarını da yerinə yetirəndə mərdliyini nümayiş etdirib", - bu sözləri Bizim.Media-ya şəhidimizin anası Natəvan Qəfərli deyib.

Şəhidin həyat yolundan bəhs edən ana 18 yaşlı oğlunun necə vətənpərvər, cəsur və qürurlu olduğunu dilə gətirib:

"5 ayın əsgəri idi. Aprelin 1-də hərbi xidmətə yola saldım. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün könüllü ərizə yazmışdı. "Vətəni layiqincə qoruyacam" deyirdi. Çox az-az danışırdıq. Atası Aminlə ən son sentyabrın 11-də danışmışdı.

"Hər şey yaxşıdır, gedirik" dedi ən son... Ayın 13-ü Laçında şəhid oldu. Çox aktiv idi. Sadəcə məktəbdə geri qalırdı. Özü oxumurdu. Sanki şəhid olacağını bilirdi. Mənə məlumat verdilər ki, komandiri ilə bir yerdə şəhid olub. Onunla bir yerdə özünü irəli atıb. Mənim oğlum həmişə irəlidə olmaq istəyirdi. Çox deyirdim ki, bala heç olmaya, bir qədər ortada get. Əsəbləşirdi".

Ana gələcək arzularını da dilə gətirib. O deyib ki, yeganə istəyi Xankəndini və Xocalını azad görməkdir:

"Ölənə kimi onu görüm ki, Xankəndi, Xocalı, Göyçə gölü hamısı azaddır. Mən ölməmiş onu görüm. Gecə saat 4-ə qədər qazilər gəlib.

Mərd oğlanlarımız çoxdur. Narahatlığım içimizdə şərəfsizlərin olmasıdır. Belələri aradan çıxsa, yaxşıdır".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Amin Rasim oğlu Qəfərlinin nəşi sentyabrın 15-də Bakıya gətirilib. Amin Qəfərli ilə Bakıda yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhidin cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana gətirilib və orada dəfn edilib.
Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1687   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr