Şəhid Səbuhinin kredit borcunu kim ödəyəcək?
Sentyabrın 12-də ermənilərin Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov şəhid qardaşının bankdan kredit götürdü barədə ictimaiyyətə bildirib.
Şəhidlərimizin yaranmış borcları ilə bağlı olan məsələ bu gün hamımızı narahat edir. Sual olunur ki, dövlət tərəfindən bu məsələlər necə tənzimlənəcək?
Hüquqşünas Əlövsət Allahverdiyev BİG.AZ-a bildirib ki, sözügedən borcun ödənilməsi dövlət tərəfindən qarşılanmalıdır:
"Bu, çox önəmli bir məsələdir. Tək borcun silinməsi ilə bağlı yox, həmçinin Vətən uğrunda şəhid olan şəxsin ailə üzvlərinə dövlət tərəfindən güzəştlər tətbiq olunur. Hesab edirəm ki, bu borc məsələsini də dövlət özü qarşılayacaq. Birmənalı şəkildə, bununla bağlı xüsusi bir proqram olmalıdır. Borc varsa, şəhid olmuş şəxslərin yaranmış borcları həmin proqram üzrə dövlət tərəfindən ödənilir, yəni dövlətin hesabına qarşılanr.
Faktiki olaraq, qanunvericilikdə borcun silinməsi ilə bağlı konkret bir göstəriş yoxdur. Qanunvericilikdə müddəa olsa da, olmasa da, bu borc birmənalı şəkildə ödənilməlidir və bunu dövlət yaxud sahibkar özü ödəyir. Gələcəkdə bununla bağlı hər hansı bir proqram hazırlana bilər və düşünürəm ki, hazırlanmalıdır. Çünki bu adamın borcu ödəmək imkanı yoxdur.
Bildiyimiz kimi, Şəhid Səbuhi Əhmədov və qardaşı valideyn himayəsindən məhrum olublar və bu, çox çətindir. Vətəndaş mövqeyimə əsasən hesab edirəm ki, bu kimi insanlara nəinki dövlət, hətta vətəndaşlar, sahibkarlar tərəfindən də yardım olunmalıdır, onlar daim diqqət mərkəzində saxlanılmalıdırlar. Bizim hamımız üçün bu, olduqca ağrılıdır. Amma qanunla da sözügedən borclar dövlət tərəfindən qarşılanmaldır".
Qeyd edək ki, daha öncə də bildirdiyimiz kimi, hüquqşünasın sözlərinə görə, vəfat etmiş şəxsin borc öhdəliyi qanunla onun vərəsələrinə keçir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı