Uşağın yıxıldığı attraksionun sahibinə yüngül cəza
Gəncədə attraksionun qırılması nəticəsində xəsarət alan uşaqla bağlı məhkəmə keçirilib.
Sonxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl şəhər ərazisində yerləşən "Bayraq Meydanı" parkında baş verib. 12 yaşlı Şənay Çərkəzovanın (şərti) qabırğası sınıb, ağciyər və döş qəfəsindən travma alıb.
Məsələ ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başladılıb. Məlum olub ki, Gəncə sakini olan qadın iki övladı ilə birlikdə attraksiona minib. Lakin bir qədər sonra qatar hərəkətdə olan zaman Ş.Çərkəzovanın oturacağı korpusdan qopub. Azyaşlının əyləşdiyi vaqon relsdən çıxaraq yerə düşüb. Uşaq 2 metr hündürlükdən əvvəlcə dəmirlərin üstünə, oradan isə yerə yıxılıb.
Araşdırmadan sonra attraksionun sahibi Həsən Həsənov barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Şəxs haqqında inzibati protokol tərtib olunub və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
A.Quliyev məhkəmədə deyib ki, şəxsi mülkiyyətində olan attraksionun parkda quraşdırılması barədə rəsmi icazə alıb: "Quraşdırmanı 2016-cı ildə tanımadığım ustalar həyata keçirdilər. Attraksiona Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən sonuncu dəfə 2019-cu ildə texniki baxış olub. Hadisədən sonra uşağı dərhal Gəncə 3 saylı Şəhər Xəstəxanasına apardım, müalicə xərclərini qarşılamışam. Hazırda ailəsi ilə barışmışıq və onlara dəymiş ziyanı tam şəkildə ödəmişəm".
Məhkəmə Həsən Həsənov İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə (əməyin mühafizəsi qaydalarının pozulması) təqsirli bilinərək 1500 manat cərimə olunması barədə qərar çıxarıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı