Baş direktor regionlarda qazlaşdırılma işlərini yaxından izləyib (VİDEO)
"Qazlaşdırılma işi ölkə başçısının Azərbaycan vətəndaşına sosial dəstəyidir. Biz də SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq bu işdə vasitəçiyik. Sizlər şərəfli işi icra edirsiniz. Ona görə də mən sizə təşəkkür edirəm".
Bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev Siyəzən rayonuna səfəri zamanı Birlik əməkdaşları ilə görüşü zamanı bildirib.
Birlik rəhbəri səfər çərçivəsində rayonun Balaca Həmyə kəndində qazlaşdırılma işləri ilə tanış olub. Baş direktora sözügedən kənddə işlərin artıq yekunlaşdığı ilə bağlı məlumat verilib. Ruslan Əliyev, həmçinin kənd sakinləri ilə də görüş keçirib. Ünvanlanan müraciətlərin dərhal icrası ilə bağlı yerindəcə tapşırıq verilib. Daha sonra bir qrup Birlik əməkdaşı baş direktor tərəfindən SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Baş direktor Xızı rayonunun Giləzi qəsəbəsində yeni yaşayış massivinin qazlaşdırılması işləri ilə də tanış olub. Son tamamlanma işləri gedən massivdə 2400 m uzunluğunda çəkilən küçə qaz xətti 20 fərdi yaşayış evinin mavi yanacaqla təmin olunmasına xidmət edəcək. Ruslan Əliyev görüş zamanı bir qrup Birlik əməkdaşını SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı