Son döyüşlərdə şəhid olan hərbçilərin kredit borcları SİLİNDİ
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclas zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin ABA üzvlərinin təşəbbüsü ilə tam həcmdə silinməsi məsələsi müzakirə edilərək yekdilliklə təsdiq edilib.
ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını və Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq Şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildirmişlər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2443 Tarix: 19 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabr