Şəhid Cavidan Bədəlovun atasının oğlunun qəbrində dedikləri ÜRƏK DAĞLADI - VİDEO
Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olanlardan biri Azərbaycan ordusunun hərbi qulluqçusu, baş leytenant, 1996-cı il təvəllüdlü Bədəlov Cavidan Zaur oğludur.
BiG.AZ xəbər verir ki, onun cənazəsi sentyabrın 14-də doğulduğu İsmayıllı rayonunun Talıstan kəndinə gətirilib və həmin kəndin qəbiristanlığında dəfn olunub
Şəhid Cavidan Bədəlovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, hərbçi qardaşı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Şəhid Cavidan Bədəlovun cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Zaur Bədəlova təqdim olunub. Dərdli atanın öz oğlunun qəbri üstə göz yaşlarıyla dediyi sözlər hər kəsi kövrəldib:
"Mənim gəzən ayağım, görən gözüm olan... Mən sənə elə ümid bəsləmişəm... Mən sənin yox. sən mənim çiynimdə getdin... Həmişə başımı uca etmisən. Allah sənin məkanını cənnət eləsin! Düzdür, mən sənin atanam, amma SƏN mənə atalıq etmisən. Aldığın 130 manat təqaüdün 90 manatını mənə göndərmisən ki, "atam xəstə yatıb". Uşaqlar səndən soruşurdu ki. şəhərə niyə çıxmırsan? Deyirdin: "Kefim istəmir". Amma sən atanı, ananı fikirləşmisən. Sənin boyuna atan qurban olsun! Məlafəyə sığmayan oğlum! Qapıya gedəndə başını əyirdim. Əlimi qoyurdum başının üstünə ki, balamın başı dəyməsin..."
Həmin kadrlara aşağıdakı videodan (2:40-dan sonra) izləyə bilərsiniz:
Şəhid Cavidanın cənazəsi ailəsinə belə təhvil verilib:
Şəhidin dəfnindən digər görüntülər:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı