Hərbi qulluqçulara telefon qadağası qoyulmalıdırmı?
Sosial şəbəkələrdə cəhbə bölgəsindən və döyüş əməliyyatları aparılan ərazilərdən videogörüntülər paylaşan şəxslərlə bağlı rəsmi qurumlar tərəfindən xəbərdarlıq olsa da, belə hallar hələ də davam edir. Cəbhədən çəkiliş edən hərbi qulluqçular bununla özlərini və döyüş yoldaşlarını nə dərəcədə təhlükəyə atdıqlarının bəzən fərqinə varmadan mənfur düşmənə postlarımızın dəqiq koordinatlarını müəyyən etməyə şərait yaradırlar.
Bu hallardan sonra cəbhə bölgəsindən görüntülər çəkib paylaşan hərbi qulluqçuların smartfon və çəkiliş vasitələrindən istifadəsi son zamanlar müzakirə mövzusuna çevrilib. Hətta qanunvericiliyə bununla bağlı dəyişiklik olması müzakirə edilib.
Bəs hərbi qulluqçulara mobil telefondan, xüsusilə smartfonlardan istifadəyə qadağa qoyulmalıdırmi?
Hərbi ekspert Ramil Məmmədli BiG.AZ-a açıqlamsında bildirib ki, məsələ ilə bağlı xüsusi qanunun tətbiqinə ehtiyac yoxdur:
"Ümumiyyətlə hər bir qurumun daxili xidmət nizamnaməsinə əsasən, bütün hərbi qulluqçular, hüquq mühafizə orqanlarının əməkdaşları xidməti ərazidə olduqları zaman onların smartfonlardan istifadə etməsi qadağandır. Hərbi qurumlarda belə bir qayda var ki, hərbi birləşmə komandirinin əmri ilə bu məsələlər tənzimlənir. Məsələn, hərbi hissənin komandiri əmr edir ki, smartfonlarla hərbi hissənin ərazisinə daxil olmaq qadağandır, yaxud döyüş postuna gedərkən üzərində telefon aparmaq olmaz. Bunun üçün qanunvericilikdə xüsusi müddəaya ehtiyac yoxdur. Əmrlə, daxili xidmət nizamnaməsi ilə icra olunan məsələlərin inzibati cəzaları var. Komandirin qanuni əmrini icra etməyən hərbi qulluqçu daxili xidmət nizamnaməsinə əsasən cəzalandırılır. Xidməti uyğunsuzluq, töhmət verilir, yaxud hərbi qurumlarda cəzaçəkmə müəssisəsinə göndərilir. Yəni belə məsələlərin qanun səviyyəsinə qaldırılmasına ehtiyac yoxdur. Yaxşı olar ki, bu məsələlərlə bağlı güc strukturlarının özünün daxili idarəetmə prosesi aktivləşdirilsin".
Ekspert bildirib ki, bu prosesi daxili əmrlərlə, qərarlarla icra etmək olar:
"Hər məsələ ilə bağlı aidiyyəti üzrə xüsusi qanuna ehtiyac yoxdur. Ümumiyyətlə, məxfiliyin, hərbi sirrin qorunması ilə bağlı Azərbaycan Respublikasının qanunları var və bunların içərisində də bu məqamlar əks olunub. Hərbi qulluqçunun da hərbi borcudur ki, döyüş zamanı postdan görüntü çəkib sosial şəbəkədə paylaşmasın, çünki bu, məxfiliyin, hərbi sirrin açılması deməkdir. Həmin şəxs də belə halda cəzalandırılacağını bilir. Buna baxmayaraq, oxşar hallar dəfələrlə olub. Çox təəssüf ki, Vətən müharibəsində də belə hallarla çox qarşılaşmışıq. Biz müharibə görüntülərini sosial şəbəkələrdən izləyirdik. Bəzi məqamlar var ki, onları çəkmək olmazdı. Hər halda, hərbi qulluqçuların özləri bunu nəzərə almalıdırlar və bu, daxili xidmət nizamnaməsi ilə, daxili qaydalarla tənzimlənməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı