Sahibə Qafarova II Elizabetin dəfn mərasimində - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Londonda səfərdədir.
Sonxeber.az-ın məlumatına görə, Milli Məclisdən bildirilib ki, səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.
Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasiminə qatılıb. Vida mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament təmsilçiləri, görkəmli siyasi liderlər, ictimai xadimlər və Kral ailəsinin üzvləri iştirak ediblər.
Vida mərasimindən sonra Kraliçanın cənazəsi Vellinqton Tağına daşınacaq daha sonra isə Vindzord şəhərinə aparılacaq Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında torpağa tapşırılacaq.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1652 Tarix: 19 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabr