Arye Qutun dəfn olunacağı yer AÇIQLANDI - YENİLƏNİB
"Arye Qut ağır xəstəlikdən sonra İsraildə xəstəxanada vəfat edib. Bu, bizim üçün böyük itkidir. Çünki onun miqyasında İsraildə Azərbaycan üçün vuruşan insan yoxdur".
Bu sözləri Oxu.Az-a açıqlamasında İsraildə Azərbaycan Evinin rəhbəri Nexamiya Şirin Mixaeli deyib.
"Onun vəfatı diaspor üçün böyük zərbədir. İsrail vaxtı ilə saat 14:00-da vida mərasimi olacaq, mən də orada olacağam. Arye Qut Netanya şəhərində dəfn olunacaq", - deyə o əlavə edib.
12:01
İsrailli jurnalist, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qut vəfat edib.
Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.
Onun sözlərinə görə, o, uzun müddət sürən xəstəlikdən sonra vəfat edib.
İsrailin Azərbaycandakı səfirliyinin mətbuat katibi Lalə İsgəndərova Oxu.Az-a bildirib ki, A.Qut xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Arye Qut 1975-ci ildə Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb.
A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.
O, Türkiyə-İsrail münasibətləri, İsrail və Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalənin müəllifidir.
Arye Qut həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin icraçı direktoru idi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı