"Azərbaycanı kiminsə bəyanatı,açıqlaması,hansısa telefon zəngi dayandıra bilməz" - Şərh
"44 günlük savaş və post münaqişə dövründə formalaşan geosiyasi konfiqurasiya aydın formada göstərir ki, İrəvanın Azərbaycanın 5 şərtinə hərfi-hərfinə əməl etməkdən başqa çıxış yolu yoxdur. İlk növbədə təbii coğrafi vəziyyət bunu diqtə edir, çünki bu ölkənin bütövlükdə quru sərhədlərinin 83 faizi Azərbaycan və Türkiyə ilədir, bütün normal kommunikasiya istiqamətləri də yalnız şərq və qərbə uzanır. Gürcüstan və İran üzərindən dünyaya çıxış perpektivləri isə ciddi nəsə vəd etmir. Şimal-cənub istiqamətində 30 ildir başlanmalı olan yol yalnız ideya olaraq qalmaqdadır".
Bunu Sonxeber.az-a olan açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Vətən müharibəsində və sonrakı dövrdə hər kəs şahid oldu ki, İrəvanın işə saldığı bütün kartları daşa dirəndi.
"Nə o zamankı əsas müttəfiqi Rusiya, nə qərbdəki havadarları və diaspora, nə də KTMT İrəvanın istəklərini qarşılamadı. Daha doğrusu onlardan gələn reaksiya cənab İlham Əliyevin strateji və taktiki addımları qarşısında yetərsiz qaldı. Müharibədən sonrakı dövrdə isə vəziyyət bəllidir, Ermənistan tam şəkildə xarici yardımdan asılı qalıb. Daxildə ciddi siyasi parçalanmanın hökm sürdüyü şəraitdə xarici yardımlar hesabına nəyəsə nail olunması ağlabatan deyil və ermənilər özləri də bunu başa düşür.
Elə bu çərçivədə Nensi Pelosinin səfərini götürsək, baxmayaraq ki. Dünyanın supergücünün 3-cü şəxsi İrəvana gəlir amma bu səfərin Ermənistana qazandıracağı bir perspektiv yoxdur. Bilirsiz ki, ABŞ xarici siyasətində əsas funksiya Prezidentə məxsusdur və Pelosi ABŞ adından İrəvana hərbi dəstək vermək yaxud Azərbaycana sanksiya tətbiq etmək kimi imkana malik deyil. Yəni İrəvan bir daha müşahidə edir ki, cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi "Azərbaycanı heç kim və heç nə dayandıra bilmir, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi."
Bu mənada İrəvanın vəziyyəti gərginləşdirmək cəhdləri meydana çıxmaq üzrə olan tam yeni reallığın təzahürləridir və son nəticədə İrəvan Azərbaycanın sərhədlərini tanımağa, təcavüzkar meyillərdən əl çəkməyə məcburdur".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı