Bakıda polislə sürücü arasında dava- DYP-dən AÇIQLAMA (VİDEO)
Sosial şəbəkələrdə sürücü və yol polisi arasında mübahisə baş verdiyini göstərən görüntülər yayılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Sonxeber.az-a bildirib ki, hadisə Bakı şəhərində "Axundov bağı"nın yaxınlığında baş verib.
Onun sözlərinə görə, sürücü avtomobili , hərəkətin sıx olduğu bir yerdə baqajı açıq vəziyyətdə qanunsuz olaraq park edib.
"DYP əməkdaşları sürücüyə yaxınlaşaraq avtomobilin oradan götürülməsi üçün xəbərdarlıq ediblər. Sürücü DYP əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barəsində tədbir görülüb. Əgər sıxlıqdan, tıxacdan narazılıq ediriksə, qaydalara əməl etməyənləri cəmiyyət olaraq ictimai qınaq obyektinə çevirməliyik. Hər hansı video çəkib, daha sonra özünə qaxmar çıxmaq istəyən, kütlə yaratmaq naminə ictimai fikirə təsir etmək və bu ucuz məqsədi güdərək qanun keşikçisinin işinə təsir etmək arzusunu yəqin ki, düşüncəsi olan hər bir adam düzgün qiymətləndirəcək", - deyə DYP rəsmisi qeyd edib.
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5335 Tarix: 20 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabr