Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA

Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMAABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Sözügedən bank yenidən maliyyələşmə dərəcəsni 3-3,25%-ə qaldırılıb. Bu isə son bir neçə ildə qeydə alınan rekord göstəricidir. Çünki dolların bahalaşması funt avro və sterlinq kimi xarici valyutaların 20illik minimumu yeniləyib.

BAKU.WS xəbər verir ki, baş verən iqtisadi prosesdən avro və sterlinqin ziyan çəkməsi insanı milli valyutamız olan manatın aqibəti barədə düşünmməyə vadar edir.

Yaşananlara münasibət bildirən yerli ekspertlər, narahatlığa heç bir əsas olmadığını, dolların bahalaşmasının manatın məzənnəsinə təsir etməyəcəyini bildiriblər.

Bu barədə BAKU.WS açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov, Azərbaycanın neft ölkəsi olması, dünya bazarlarında isə neftin qiymətinin yüksək olması səbəbindən baş verənlərin milli valyutamızdan təsirsiz ötüşəcəyini vurğulayıb:

"Azərbaycan manatı faktiki olaraq ABŞ dollarına münasibətdə kilitlənmiş məzənnə siyasəti həyata keçirir. Bu gün manatın məzənnəsi dollara münasibətdə formalaşır. Digər valyutalar isə çarpaz formada hesablanır. İndiki halda manatın dollara məzənnəsində heç bir dəyişiklik baş verməyəcək. Çünki bu uçot dərəcəsindən çox dünya bazarında neftin qiymətinin, ölkənin təbiyyə balansı kimi göstəricilərillərlə daha çox əlaqəlidir. Buna görə də yanaşma dəyişməyəcək. Sabit siyasət qaldığı yerdən davam edəcək. Əvəzində isə manat xarici valyutalara, yəni avro, türk lirəsi, rubl və funtsterlinq qarşısında möhkəmlənəcək".

Ekspert qeyd edib ki, proqnozlaşdırılan dəyişiklikdən sonra Azərbaycan hökumətinin manatın məzənnəsini qorumaq üçün artıq pul buraxmağına ya da əlavə əməliyyatlar keçirməsinə ehtiyac yoxdur. Uzun müddətdir ki, manatın məzənnəsinə dollara nisbətdə sabit saxlanılmasına pul xərclənmir.

Rəşad Həsənov manatın məzənnəsinin sabit qalacağını desə də, Azərbaycanın iqtisadi tərəfdaşları ilə həyata keçirdiyi ticarət əlaqələrinə yəni ixraca qismən də olsa mənfi təsir edəcəyini bidlirib:

"Məzənnə ilə bağlı heç bir dəyişiklik baş verməyəcək. Dolların bahalaşmasının ölkəmizə dolayı təsirləri olacaq. İxrac qabliyyətində zəifləmə baş verəcək. Ticarət tərəfdaşları ilə münasibətdə Türkiyə, Ruisya, İran, Gürcüstan kimi ölkələrdən idxal cəlbediciliyi artacaqdır".

İqtisadçı-ekspert dolların xarici valyutalar qarşısında bahalaşmasının qonşu ölkələrə onların daxili siyasətində asılı olaraq fərqli formalarada təsir edəcəyini də açıqlayı:

"Bu təsir hər bir ölkənin siyasətindən aslı olaarq müxtəlif formada olaacq. Məsələn Rusiyada rubl zəifləyir. Qonşu ölkdəki müharibə riski və səfərbərliklə bağlı qəbul edilən qərar və FED-in uçot dərəcəsinə etdiyi düzəliş birləşərək rublu ucuzlaşdırır. Amma Azərbaycan, Səudiyyə Ərəbistanı kimi ölkələrdə ciddi risk gözlənilmir. Hətta Qazaxıstanda da bu günkü şərtlər altında heç bir risk olayacaq. Məzənnə siyasətinin forması əhəmiyyətlidir. Bu siyasət üzən məzənnə siyasətidir. Bizdə isə diqtə siyasəyti həyata keçirilir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4446   Tarix: 22 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Eldar Əzizov yeni rəis təyin etdi

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni rəis təyin olunub. -a istinadla xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Emin Talıbov təyinat alıb

3 iyul
.

Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada

28 iyun
.

Qramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR

Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər

3 iyun
.

Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü

29 may
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d

21 iyul
.

Azərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd

20 iyun
.

Qızılın qiyməti 4150 dolları keçdi

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb. Qaynarinfo birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib. Qiymətli metallar bazarında gümüş də bahalaşıb

27 iyul
.

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind

11 iyul
.

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən rea

20 iyun