Azərbaycanın bir çox ölkələri təbii qazla təmin etməyə imkanları vardır

Azərbaycanın bir çox ölkələri təbii qazla təmin etməyə imkanları vardırPrezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanla dost və tərəfdaş olan ölkələrin sayı kifayət qədər çox saydadır. Bolqarıstan da ölkəmizlə dost və strateji tərəfdaş ölkələrdən biridir. Ölkələrimiz arasında əlaqələr 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsasən çox yüksək səviyyədə qurulmuşdur. Azərbaycan-Bolqarıstan əlaqələri bir sıra sahələri əhatə etməklə yanaşı münasibətlər davamlı olaraq genişləndirilir və inkişaf etdirilir.
Sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında mövcud əlaqələri yüksək qiymətləndirmiş və 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təsbit olunmuş bütün məsələlərin həyatda öz əksini tapdığını diqqətə çatdırmışdır.
Azərbaycan-Bolqarıstan əlaqələrinin bundan sonra daha da inkişaf etdiriləcəyini qeyd edən ölkə başçımız öz çıxışında enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək planların əhəmiyyətindən də bəhs etmişdir.
Hazırda Azərbaycanın çox böyük həcmdə qaz ehtiyatlarının olduğu təsdiq edilmişdir. Bu ehtiyatların həcmi 2,6 trilyon kubmetrdir. Eyni zamanda, Azərbaycan çoxşaxəli qaz nəqliyyat infrastrukturuna malikdir. Mövcud imkanlar əsas verir ki, Azərbaycan bir çox ölkələri təbii qazla təmin etsin. Bolqarıstan da ölkəmizdən qaz ixrac edən ölkədir. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub ki, bu məsələdə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor Azərbaycan
qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.Bu vaxta qədər də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Belə ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam
neftini dünya və Avropa bazarlarına ixrac edir. Ölkəmiz bundan sonra qaz hasilatını artırmağı və öz tərəfdaşlarını təbii qazla təmin etməyi planlaşdırır. Buişdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji siyasətini daha da genişləndirməyi düşünür. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması əsas hədəflərdəndir.
Bolqarıstana səfəri zamanı Prezident cənab İlham Əliyev öz çıxışında
Azərbaycanın geniş tranzit imkanlarına malik olmasına diqqət çəkərək bu
imkanlardan Bolqarıstanın da yararlana biləcəyini bildirmişdir. Həqiqətən də bu gün Azərbaycanda çox müasir nəqliyyat infrastrukturu yaradılıb. Bura dəmir yolları, avtomobil yolları və yeni Beynəlxalq Dəniz Ticarət Limanı daxildir.Bütün bu infrastruktur obyektlərinin yaradılmasında məqsəd Azərbaycan üzərindən tranzit yüklərinin həcminin artırılmasını təmin etməkdir. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində isə bu istiqamətdə uğurlara imza atılır. Cari ildə tranzit yüklərin həcminin təqribən 50 faizə yaxın artması bu deyilənlərə əyani sübutdur. Bir sözlə, Azərbaycan və Bolqarıstan arasında həm iqtisadiyyat, həm də sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Odur ki,
ölkələrimiz bu və digər yeni əməkdaşlıq imkanlarının araşdırılmasına qərar verib.

Tufan Məmmədov – iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1844   Tarix: 04 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Azərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət

8 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr