Bu şəxslər 200 manat cərimələnəcək
Azərbaycanda torpaqdan təyinatı üzrə istifadə edənlər onun hər hektarına görə 6 manat vergi, istifadə etməyənlər isə 200 manat cərimə ödəyəcəklər.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
"Sentyabrın 19-da "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib və bu qaydada dediyim məsələlər öz əksini tapıb. Cərimə məsələsi 2016-cı ildə imzalanmış müvafiq fərmanda olsa da, bunun tətbiqi üçün lazımi meyarları yox idi. İndi isə həmin meyarlar var və onların əsasında "Kənd təsərrüfatı torpaqlarının istifadəsi" altsistemi yaradılacaq. Altsistem hazır olandan sonra cərimə tətbiq ediləcək", - o, qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni altsistem "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sisteminin (EKTİS) tərkibində olacaq, aidiyyəti dövlət qurumları torpaqdan istifadə və torpaqların kadastrı ilə bağlı məlumatları bu sistemə ötürəcək:
"Burada əsas məsələ kənd təsərrüfatı təyinatlı torpaqların məhdud olmasıdır. Odur ki, biz torpaqları qorumalı və təyinatı üzrə, dayanıqlı istifadə etməliyik. Bunun üçün torpaq qanunvericiliyimizdə tələblər var. Son qərar bu baxımından xüsusi əhəmiyyət kəsb edir"./Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:
6 iyul 2021Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin
23 iyun 2021"Bitcoin"in qiyməti düşdü
Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0
23 may 2021İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam
Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb
8 may 2021Azərbaycanda sosial ödənişlər nə qədər artıb?
Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə
31 iyul 2021Azərbaycan təbii qaz ixracını 57 % artırıb
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar
17 iyul 2021Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA
Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa
19 may 2021