Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşdü
Oktyabrın 8-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə nazirinin birinci müavini əvvəlcə burada Ulu Öndər Heydər Əliyevin büstü və şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoyub.
Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşərək müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb.
General-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı Azərbaycan Ordusunun bölmələri, o cümlədən xüsusi təyinatlıları tərəfindən görülən cavab tədbirlərinin Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. O, xüsusilə vurğulayıb ki, dövlət başçısının etimadını bundan sonra da doğrultmaq və bu baxımdan üzərimizə düşən məsuliyyəti dərindən dərk etmək hər birimizin borcudur.
Baş Qərargah rəisi xüsusi təyinatlıların taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin daha da artırılması, həmçinin əldə edilən döyüş təcrübəsinin keçiriləcək təlimlərdə geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir