Avtomobillərin ehtiyat hissələri yenidən BAHALAŞACAQ
Azərbaycanda avtomobillər üçün ehtiyat hissələri və mühərrik yağlarının bahalaşdığı bildirilir.
Ekspertlər səbəbi Ukraynada baş verən hadisələrdən dolayı son aylar qeyri-ərzaq məhsullarının qiymətlərindəki ciddi dəyişikliklərlə əlaqələndirirlər.
Bəs, növbəti aylarda vəziyyət necə olacaq?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında səbəbi dünya bazarında xammalın və neftin qiymətinin yüksəlməsi ilə izah edib:
"Bura daşınma qiymətlərini də əlavə etmək olar. Hər iki kvartaldan, yəni 6 aydan bir avtomobillər üçün ehtiyat hissələrinin qiymətində artım təxminən 2 faiz olur. Lakin mənim müşahidələrimə görə Azərbaycandakı rəsmi avtomobil servis mərkəzlərindəki ehtiyat hissələrinin qiymətləri bu mövsümdə yüksəlməyib. Son qiymət artımı aprel ayında baş verib. İndiki dövrdə hələ ki ehtiyat hissələrində qiymət artımı olmayıb".
Ekspert mühərrik yağlarının bahalaşması məsələsinə də toxunub. O, qeyd edib ki, neft qiymətləri yüksəldikcə, neftdən istehsal olunan əmtəə də bahalaşır:
"Düşünürəm ki, qarşıdakı aylarda, konkret desək, ilin sonunda həm ehtiyat hissələri, həm də mühərrik yağlarının qiymətləri 2 faiz yüksələcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada
28 iyunRuslan Quliyev dəfn olundu
Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar
9 iyunAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu
30 mayMeyvə-tərəvəz niyə ucuzlaşmır? (VİDEO)
Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Qaynarinfo -a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasını
6 iyunAzərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı
5 avqustAzərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə
6 iyunQızılın qiyməti 4150 dolları keçdi
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb. Qaynarinfo birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib. Qiymətli metallar bazarında gümüş də bahalaşıb
27 iyul