Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsait lazımdır? - ARAŞDIRMA

Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsait lazımdır? - ARAŞDIRMAMütəxəssislər hesab edirlər ki, mövcud bazar qiymətləri ilə hesablandıqda ailənin bir üzvünün yaxşı yaşaması üçün minimum aylıq 1000 manatı keçən gəliri olmalıdır. Amma sağlamlıq, istirahət xərclərini də nəzərə alanda vəziyyət daha da mürəkkəbləşir.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik

Son vaxtlar dükan-bazarda tez-tez bahalaşma ilə rastlaşırıq. Qiymətlər artdıqca, təbii olaraq, aylıq xərclər də çoxalır. Bu xərclər də maaş, təqaüd hesabına ödənir. Bahalaşma əslində, öyrəşdiyimiz standartları da dəyişir. 3 il öncəki xərclərlə indikilər eyni deyil.

Maraqlıdır, bu gün Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsait lazımdır?

Məlumat üçün bildirək ki, 2022-ci ilin dövlət büdcəsində əhali üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

210 manatla istehlak səbətini doldurmaq mümkündürmü?

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, hazırda bazarda 50 kq-lıq unun qiyməti 45-50 manatdır: "Bir adam üçün illik təxmini, 2,5 kisə un lazımdır. Qiymət baxımdan hazırda bunu 50 manatdan götürsək, 137 manat pul edir. Yəni, unun kilosu 1 manata düşür. Bazarda çörəyin qiymətinə baxsaq və uyğunluq aparsaq, 380 qramlıq çörək 50 qəpiyə satılır. Beləliklə, istehlak səbəti ilə müəyyən etmək olar ki, bir adamın tək çörəyinə gündəlik azı 50 qəpik lazımdır. Bu, əmək qabiliyyətli şəxs üçündür. Burada pensiyaçılar və uşaqlar üçün norma daha aşağıdır. Üstəlik, qoyulan minimum təkcə çörək üçün deyil, bütün un məhsullarına aid edilib. Minimum əmək haqqı 300 manatdır. 300 manatdan vergiləri çıxsaq, təxmini 270 manat edir. Bunun 50 qəpiyi tək bir nəfər üçün gündəlik çörəkdir. Hesab etsək ki, orta hesabla 1 ayda 30.4 gün var. Deməli, bir insan bir ay ərzində yalnız çörəyə 15 manat 20 qəpik pul xərcləməlidir. Yerdə 254 manat vəsait qalır. Səbətdə əmək qabiliyyətli əhali üçün kartof illik 54.80 kq nəzərdə tutulub. Bir günlük norma təxmini 150 qramdır. Bu qiymətlə aylıq 4 kq 560 qr kartofu hesablasaq, kartofun qiyməti hazırda 80 qəpikdirsə, ona çəkilən xərc aylıq 3 manat 65 qəpik edir. 254 manatdan çıxsaq, yerdə 251.15 manat vəsait qalır".

"Minimum əməkhaqqı bazar qiymətlərindən 3 dəfə aşağıdır"

Bu gün ən çox bahalaşma yağ məhsullarında müşahidə edilir. Marketlərdə ən ucuz günəbaxan yağının 1 litri 5 manat 10 qəpikdir. Mütəxəssis vurğulayır ki, Nazirlər Kabineti normasında əmək qabiliyyətli əhali üçün bitki yağı, marqarin və digər piylər 10.9 kq qeyd olunub. Bu səbətə görə, bir adama ayda 0.912 kq yağ lazımdır. İndiki qiymətlə, 5 manat 10 qəpikdən hesablasaq və o məbləği 251 manatdan çıxsaq, 246 manat qalır. Cədvələ əsasən, 1 ay kartof qızartması ilə çörək yesək, aya 24 manat vəsait lazımdır. Reallıq onu göstərir ki, hazırda minimum əməkhaqqı bazar qiymətlərindən azı 3 dəfə aşağıdır. Bir əməkqabiliyyətli şəxsin yaşaması üçün azı 900 manat vəsait lazımdır. Gündəlik qiymətlər qalxırsa, hökumət bununla bağlı addım atmalıdır. Çünki NK qeyd edilən cədvəli minimum əmək haqqı ilə belə uzlaşmır, nəinki bir adamın normal yaşaması".

"Minimum əmək haqqı bir ailəyə bəs etmir"

Mütəxəssis deyir ki, yaşamaq tək yeməkdən, geyinməkdən ibarət deyil. Hər bir insanın istirahət etmək haqqı var: "Məsələn, bir ailədə 2 nəfər işləyir. Ata və ana hərəsi 300 manat (minimum əmək haqqı) alır. 2 övladları var, onlar məktəblidir. Onların əməkhaqlarından vergiləri çıxsaq, təxmini əllərinə 540 (270 + 270) manat gələcək. Bu məbləğlə bu ailə istirahət edə bilməz. Hətta hesab etsək ki, yerli həmkarlar təşkilatı ailəyə məzuniyyət zamanı 80 faiz ödəməklə göndəriş versə, yenə də istirahət etmək mümkün olmayacaq. Demək minimum əmək haqqı bazar qiymətlərini nəzərə alaraq ailəyə bəs etməyəcək. Onlar əlavə xərclər üçün kimlərdənsə borc almalıdırlar və ya istirahətdən imtina etməlidirlər".

"1000 manat belə rahat yaşamağa kifayət deyil"

Mütəxəssis hazırda bazar qiymətlərini nəzərə alaraq, öz hesablamalarına əsasən düşünür ki, ailənin bir üzvünün orta yaxşı yaşaması üçün 1000 manat belə kifayət deyil: "İndiki tələblərə uyğun olaraq, hər bir ailə üzvü üçün gəliri 1000 manat götürsək və ümumilikdə, ata və ana vergiləri çıxmaqla 800 manat alsa belə, bu, yenə də rahat yaşamaq üçün kifayət etməyəcək. Rəsmi statistikaya inansaq və 23 faiz inflyasiyanı nəzərə alsaq, bir ailənin üzvlərinin gəliri 1000 manat həddini keçməlidir ki, ölkə daxilində normal yaşasın. İndiki halda ölkə üzrə statistik rəqəmləri götürsək, ümumi olaraq əhalinin 25-30 faizi bunu özü üçün edə bilər".

Ev almaq və tətilə getmək istəyirsinizsə...

İqtisadçı Xalid Kərimli deyir ki, yaşayış minimumu minimum istehlak səbəti əsasında hazırlanır. Amma burada adından da göründüyü kimi minimum norma götürülüb. Orta norma çıxarılmayıb. Mütəxəssis hesab edir ki, orta yaxşı yaşamaq üçün, ailədə adambaşıma düşən məbləğ 1200 manat olmalıdır: "Bir ailənin Azərbaycan standartlarında yaşaması üçün adambaşına ən azı 600 manat pul lazımdır. Burada yığım və mənzil təminatından söhbət getmir. Cari xərclərin qarşılanması üçün ailə 2 nəfərdən ibarətdirsə 1200 manat, 5 nəfərdən ibarətdirsə 3000-dən artıq gəliri olmalıdır ki, normal yaşasın. Ev almaq və tətilə getmək istəyirsinizsə, təbii ki, gəlirləriniz artmalıdır. Daha yaxşı yaşamaq üçün isə adambaşına 1200 manat gəlirin olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3366   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Azərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət

8 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr