Uşaq pulu yenidən veriləcək? — AÇIQLAMA

Uşaq pulu yenidən veriləcək? — AÇIQLAMAAzərbaycanda vaxtaşırı gündəmə gətirilən mövzulardan biri də uşaq pulunu verilməsiylə bağlıdır. Pandemiyadan əvvəl bu barədə həm ictimaiyyətdə, həm də Milli Məclis səviyyəsində dəfələrlə müzakirələr aparılsa da, yekun nəticə əldə olunmayıb. Son iki il ərzində isə demək olar ki, məsələ ilə bağlı müzakirələr tam səngiyib.

Maraqlıdır, uşaq pulu yenidən Milli Məclisin gündəliyinə salına bilər?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev uşaq pulunun bərpasının gündəlikdə olmadığını vurğulayıb:

"Yaxın vaxtlarda da gündəlikdə olası mövzu deyil. Mən o barədə heç düşünmürəm".

Bəs görəsən, inflyasiyanın yüksək həddə olduğu bir vaxtda ailələrin rifahını yaxşılaşdırmaq üçün nə etmək lazımdır? Həmçinin uşaq pulunu bərpası üçün hansı tədbirlər görülməlidir?

İqtisadçı-ekspert Emin Qəribli ilk olaraq uşaq pulu ilə bağlı ciddi araşdırmalara ehtiyac olduğunu vurğulayıb:

"Düşünmürəm ki, kimsə uşaq pulunun verilməsinə etiraz etsin. Sadəcə burada başqa bir məsələ var. Fikrimcə, maliyyə resurslarının haradan əldə olunmasıyla bağlı mənbələr göstərilməlidir. Bizim büdcəmizin ümumdaxili məhsulun payı kifayət qədər çoxdur. Ona görə də başqa müvafiq resurslar axtarılmalı, tapıldıqdan sonra isə uşaq pulunun verilməsinin səmərəliliyi təmin olunmalıdır. Bütün bunlar üçün isə tədqiqatların aparılmasına ehtiyac var. Həmçinin beynəlxalq təcrübəyə də diqqət yetirilməlidir".

Ekspert bu gün əhalinin müəyyən qədər yardıma ehtiyacı olduğunu düşünür:

"Yardımın ayrı-ayrı modelləri var ki, bunu Azərbaycana uyğunlaşdıraraq tətbiq etsək, daha yaxşı olar. Məsələn, başqa ölkələrdə təcrübə var ki, valideyn təhsil haqqı ödəyirsə, ailəyə müəyyən yardımlar göstərilir. Yəni kriteriyalar müəyyənləşməli, sonra qərar qəbul olunmalıdır.
Hazırda bizdə sosial təzminatlar kifayət qədər çoxdur, çünki bu gün yüz minlərlə məcburi köçkünümüz var, onlara yardım göstərilir. Gələcəkdə onlar doğma torpaqlarına qayıtdıqda, təbii ki, büdcədə müvafiq resurslar yaranacaq və onları lazımi istiqamətlərə yönəltmək mümkün olacaq. Çünki büdcə tərtib olunanda bütün amillər nəzərə alınır. Ona görə də hesab edirəm ki, uşaq pulunun verilməsi məsələsi hökumətdən asılıdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 5437   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021