Dünyada ərzaq məhsullarının ucuzlaşması bizə nə vaxt təsir edəcək? - ARAŞDIRMA

Dünyada ərzaq məhsullarının ucuzlaşması bizə nə vaxt təsir edəcək? - ARAŞDIRMADünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatdıqdan sonra ardıcıl 6 aydır ki, azalır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir. Əsas ərzaq məhsullarının beynəlxalq qiymətində aylıq dəyişiklikləri əks etdirən FAO-nun Ərzaq Qiymətləri İndeksi sentyabrda avqust ayına nisbətən 1,1 faiz azalsa da, keçən ilin sentyabr ayına nisbətən 5,5 faiz artaraq 136,3 bənd təşkil edib. Hətta bitki yağının qiymətinin bir ay ərzində 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşdüyü qeyd olunub. FAO-nun hesabatından da görürük ki, dünyada ucuzlaşma artıq başlayıb.

Biz isə hələ də bahalaşmanı müşahidə edir və artan templə davam etdiyinin şahidi oluruq. Bəs dünyadakı ucuzluğun bizə təsiri nə vaxt olacaq? İqtisadçılar nə deyir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 22 faizə yaxın artdığını vurğulayıb. Mütəxəssis bildirib ki, dünyadakı qiymətlər bizə dərhal təsir etmir:

"Dəyər zəncirində məhsul irəliləməsi zaman alan prosesdir. Bunu bizim bazarlarda müşahidə etməyə vaxt lazımdır. Qiymət artımı ilə bağlı ikinci problem odur ki, bəzən satıcı məhsulu baha qiymətə qoyur, alıcı da buna öyrəşir. Bu səbəbdən satıcı məhsulu ucuzlaşdırmır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirməlidir. Növbəti illərdə ucuzlaşmanın olması gözləniləndir. Azərbaycanda 4-cü rübdə qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırılır. Ümumiyyətlə, 2023-cü ildən qiymət artımının cəmisi 6-7 faiz olacağı, inflyasiyanın aşağı düşəcəyi gözlənilir".

İqtisadçı ekspert Rauf Qarayev isə dünyada ərzaq qiymətlərinin ucuzlaşmasının müvəqqəti olduğunu vurğulayıb:

"Çünki ərzağın əsas qiymətinə təsir edən amillər var. Bu amillərdən biri və ən əsası yanacaq qiymətləridir. Dünyada yanacaq qiymətləri bahadır. Bu halda ucuzlaşmadan danışmaq tezdir".

Mütəxəssis Azərbaycanda yalnız kənd təsərrüfatı məhsullarının qiymətlərinin düşmə ehtimalının olduğunu vurğulayıb:

"Kənd təsərrüfatı məhsulları ölkədə istehsal olunduğu və müəyyən qədər güzəştlər olduğundan onların qiymətində enmə müşahidə edə bilərik. Amma xaricdən gələn məhsulların qısa müddətə qiymətinin düşəcəyini gözləmirəm"

İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, açıqlanan statistika tam normal və gözləniləndir. Amma bu enişlər cüzidir və ötən ilin səviyyəsinə çatmaq üçün yetərli deyil:

"FAO dövri olaraq ərzaq məhsullarının istehlak indeksi ilə bağlı hesabatlarını açıqlayır. Bilirik ki, 2020-ci ildə inflyasiya həddindən artıq sürətlə getdi. Yəni indiki cüzi enişlər yenə də ötən ilin səviyyəsinə çatmaq üçün yetərli olmayacaq".

O bildirib ki, Azərbaycanın ciddi şəkildə idxaldan asılı olması bu gün bazarlarda xoşagəlməz vəziyyət yaradır:

"Rusiya və Ukrayna arasında olan müharibə dünyanın hər yerinə, daha çox isə müharibə gedən bölgənin ətrafında yerləşən ölkələrə ciddi təsir göstərib. Bu iki ölkə ilə ticari dövriyyəsi olan dövlətlərə isə ikiqat zərər dəyib. Azərbaycan da bu ölkələrdən biridir. Rusiya Azərbaycanın ixracda üçüncü, idxalda birinci ticarət tərəfdaşıdır. Yəni həm idxal, həm ixracda ilk üçlükdə qərarlaşan ölkədir. Bu səbəbdən Rusiya ilə Ukrayna arasındakı müharibə təbii olaraq, Azərbaycanın iqtisadiyyatına təsir edir. Bununla bərabər, dünyada inflyasiya baş verir və bu da ölkədə qiymətlərin daha yuxarı səviyyədə formalaşmasına gətirib çıxarır".

Ucuzlaşma ehtimalına gəldikdə isə, mütəxəssis hələ növbəti ildə də inflyasiyanın arzuolunmaz formasını görəcəyimizi ehtimal edib:

"Amma inflyasiyanın sürəti növbəti ildə builki qədər olmayacaq. Səngiməni isə 2023-cü ilin sonlarına doğru müşahidə edə bilərik".

İqtisad Universitetinin professoru Əli Əlirzayev dünyada gedən ucuzlaşmanın Azərbaycanda da müşahidə etmək üçün xeyli müddət lazım olduğunu düşünür:

"Qiymət əmələ gətirmədə aparıcı məhsullar var. O məhsulları hansı ölkə alırsa, onların ixrac etdiyi məhsulların da qiyməti artmalıdır. Bunlardan biri də neftdir. Dünyada neftin qiymətinin qalxması qiymətlərə təsir edir. Ola bilməz ki, sən baha qiymətə neft alasan, ərzağı ucuz satasan. Azərbaycan istehsalında da tələb var, amma təklif yoxdur. Bu da təbii olaraq qiymətlərin qalxmasına təsir edir. Bazarda olan məhsulun alıcısı çoxalırsa, onun qiyməti də qalxmalıdır. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda hələ qiymətlər uzun müddət dəyişməyəcək".

Mütəxəssis vurğulayıb ki, hazırda məqsəd qiymətləri ucuzlaşdırmaq deyil, olduğu kimi saxlamağa nail olmaqdır:

"Çünki qiymətlər müəyyən səviyyəyə qalxandan sonra onu aşağı düşürmək mümkün deyil. Yalnız bahalaşma prosesinin qarşısını almaq olar. Biz də ucuzlaşdırmağa deyil, bahalaşmanın qarşısını almağa, hazırkı qiymətləri olduğu kimi saxlamağa çalışmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2487   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021