Azərbaycanın Rusiyaya nota verməsi ilə bağlı deputatdan AÇIQLAMA

Azərbaycanın Rusiyaya nota verməsi ilə bağlı deputatdan AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan "Böyük oyun" verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycanın Moskvadakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyinə nota verilməsini şərtləndirən səbəb, federal kanalda yayımlanan "Böyük oyun" verilişində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlərin səsləndirilməsidir:

"Verilişin aparıcısı Vyaçeslav Nikonov hakim "Vahid Rusiya" partiyasının üzvü, Dövlət Dumasında komitə sədrinin müavini, Stalin zamanında uzun illər SSRİ-nin xarici işlər komissarı olmuş Vyaçeslav Molotovun nəvəsi kimi, Rusiya siyasi isteblişmentində məşhur simalardan biridir. Onun daimi qonaqları arasında daşnak xislətli Andranik Miqranyan, bədnam tarixçi Natalya Naroçniskaya və bir çox ermənipərəst təbliğatçılar, uzun illərdir ki, saxta "genosid"in təbliğatını aparır, anti-Azərbaycan, anti-Türk ritorikaları ilə seçilirlər".

Deputat vurğulayıb ki, verilişdə səsləndirilən fikirlər, reallığı əks etdirmir və qətiyyən qəbul edilə bilməz:

"Rusiya ilə Azərbaycan arasında formalaşmış əməkdaşlıq, qarşılıqlı, bərabərhüquqlu münasibətlərə xələl gətirə bilər. Ələlxüsus, şimal qonşumuzun hazırki vəziyyətində Azərbaycan kimi etibarlı müttəfiq üçün həssas mövzularda ehtiyatlı davranmaq əvəzinə, əlavə problem yaratmaq ya ağılsızlıq, ya da təxribatdır.

Mənə elə gəlir ki, bu, Rusiya kütləvi informasiya vasitələrində kök salmış erməni daşnaklarının çirkin təxribatlarıdır. Heç kim üçün sirr deyil ki, erməni təbliğat maşını 7/24 rejimində Azərbaycan və Türkiyə əleyhinə çirkin məlumatlar yaymaqla məşğuldur. Dünyanın bütün ölkələri ilə bizim aramızda münasibətləri pozmaq üçün müxtəlif kombinasiyaları, politoloqları, jurnalistləri, siyasətçiləri satın alırlar".

Deputat son olaraq söyləyib ki, həmin verilişin də əsas mahiyyəti diqqəti Rusiyadan üz döndərməklə, Qərbə istiqamət götürən Paşinyan Ermənistanından yayındırmaqdır:

"Paşinyanın və erməni cəmiyyətinin anti-Rusiya əhval-ruhiyyəsi, ənənəvi ağasına xəyanəti göz qabağındadır. Rusiya erməniləri, bu xəyanətə görə Ermənistanın cəzalandırılmasından ciddi narahatdırlar. Ona görə də Rusiyanın Qarabağdakı mövcudluğunu möhkəmləndirmək üçün dəridən-qabıqdan çıxırlar.

Notanın verilməsi doğru addımdır və gələcəkdə belə halların təkrarlanmaması üçün ciddi xəbərdarlıqdır. Hər bir dövlət, böyüklüyündən və yaxud kiçikliyindən asılı olmayaraq, ölkəmizin suveren hüquqlarına hörmət etmək məcburiyyətindədir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1957   Tarix: 25 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr