Bakıda insanlara "toy tutan" toy qiymətləri - 110 və 250 AZN-lik menyular...

Bakıda insanlara "toy tutan" toy qiymətləri - 110 və 250 AZN-lik menyular...Məhərrəmlik ayının sona çatması ilə ölkənin "toy bazarında" xüsusi canlanma müşahidə olunur. Hazırda əksər şadlıq saraylarında ən yaxın həftəsonları üçün boş yerlər, demək olar ki, yoxdur. Bəs, görəsən, artan tələbat və hər sahədə müşahidə olunan bahalaşma toy etmək istəyənlərə nə cür təsir göstərir?

BAKU.WS-in əməkdaşı mövzu ilə bağlı araşdırma apardı.

Əlaqə saxladığımız restoranlar içində qiymət artımı olduğunu qəbul edənlər də var, "Təki toy olsun" deyib əvvəlki qiymətdə qaldıqlarını iddia edənlər də...

Gəlin ümumi vəziyyətə birgə nəzər salaq:

Şadlıq sarayları
Bakıda insanlara "toy tutan" toy qiymətləri - 110 və 250 AZN-lik menyular...Şad günlərin keçiriləcəyi məkanlarda qiymətlər minimum 33 manatdan başlayır. Bu rəqəmlərin 110, 240 və 250 manata qədər gedib çıxdığı restoranlar da var. Onların bəziləri müştərilərə menyu qiyməti daxilində musiqi, videoçəkiliş, bəy-gəlin maşını təklif edir. Lakin bunun üçün qonaqların sayı qoyulan minimum həddi keçməlidir (məsələn, 300 nəfər). Hətta qonaqların sayı çox olarsa, qiymətlərdə endirimlərin edilə biləcəyini dolayı yolla çatdıranlar da oldu. Şadlıq evləri qiymət artımını yağın, ətin və istehlak səbətinə daxil olan qida məhsullarının bahalaşması ilə əlaqələndirdilər.

Şad günlərin təşkil edildiyi məkanlardakı vəziyətlə tanış olduq. İndi isə keçid alaq gəlin namizədlərin 1 gün üçün çəkəcəyi xərcə…

Gəlinlik paltarları
Bakıda insanlara "toy tutan" toy qiymətləri - 110 və 250 AZN-lik menyular...Hazırda əksər moda evlərində gəlinliklərin kirayə qiyməti 150-800 manat arasında dəyişir. Bu da paltarların materialı və modelindən asılıdır. Mağazalardan BAKU.WS-ə deyildi ki, son vaxtlar qiymətlərdə nəzərəçarpacaq dəyişiklik, daha doğrusu, bahalaşma, demək olar ki, yoxdur.

Bəzi gəlinlik mağazalarında isə qiymətlər 10 min manata qədər gedib çıxır. Mağaza əməkdaşı bildirir ki, bəzi parçaların 1 metri 200 manatdır. Haqlı olaraq ondan hazırlanan geyimin xərci 2000 manata qədər yüksəlir. Hətta bəzi gəlinlər özəl günlərini büllur daş-qaşla bəzədilmiş gəlinliklə taclandırmaq istəyir ki, belə olan halda da 10 min manatlıq gəlinlik ərsəyə gəlir.

Məlumdur ki, gəlinin işi gəlinliklə də bitmir. Bu özəl gündə ona saç bəzədilməsi, makiyaj, hələ bir də tac lazım olur. Təkcə tacların kirayə qiyməti mağazaya görə 50, 70, 100, hətta 150-200 manata qədər dəyişir.

Gəlin bəzədilməsi üçün saç və makiyaj da öz növbəsində 200, 500, hətta 700 manatlıq paketlər şəklində müştərilərə təklif edilir.
Bakıda insanlara "toy tutan" toy qiymətləri - 110 və 250 AZN-lik menyular...Milli adət ənənələrimizin olmazsa olmazı bəzək-düzəkli xonçalara gəldikdə isə onların kirayə qiymətləri, necə deyərlər, od tutub yanır.

Belə ki, xonça dəstlərinin 10 ədədi bəzi yerlərdə 50 manatdırsa, bir çox mağazada bu rəqəm 350 manatdır. Burada söhbət alış qiymətindən yox, kirayədən gedir. Güzgü və şamdanlarda bu qiymətlər 70-250 manat arasındadır.
Bakıda insanlara "toy tutan" toy qiymətləri - 110 və 250 AZN-lik menyular...Xonça mağazaları hər nə qədər qiymətlərin dəyişmədiyini desələr də, alıcılar bu rəqəmlərin ötən illərlə müqayisədə xeyli artdığını iddia edirlər.

Apardığımız araşdırmanın nəticəsi olaraq belə qənaətə gəldik ki, pandemiya toy etmək istəyənlərin təkcə vaxt və səbirlərini sınağa çəkmədi. İndi onlara yeni qiymətlərlə sözün əsl mənasında "toy tutur".

Müqayisə üçün deyək ki, illər əvvəl toy etmək istəyənlərə 25-30 manata menyu təklif olunurdusa, indi ortalama qiymət 40-45 manatdır. Hazırkı qiymətə təklif edilən yeməklərin müştəriləri nə dərəcədə qane edib-etmədiyi də sual altındadır. Elə bu amil xonça və aksesuarda da özünü büruzə verir. Kəllə qəndin kəllə-çarxa çıxan qiymətini isə heç yada salmayaq. Araşdırmamızdan aydın oldu ki, ailə həyatı qurmaq xərcləri ən azı 1,5-2 dəfəyədək artıb. Ona görə də əliniz cibinizdə olsun.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2328   Tarix: 25 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr