İş adamları üçün yeni qanun: Özəl şirkətlər zəmanətlə çalışa biləcəklər
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda qanun layihəsinin əhəmiyyətindən söz açılıb, deputatlar təkliflərlə çıxış ediblər.
Bildirilib ki, sözügedən qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, eyni zamanda sahibkarların üzləşdikləri bəzi problemlərin aradan qaldırılmasına səbəb olacaq.
Sonxeber.az xəbər verir ki, yeni qanundan gözləntilər barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, layihə qəbul edildikdən sonra özəl şirkətlər zəmanətlə çalışa biləcəklər:
"Azərbaycan iqtisadiyyatı elə mərhələyə gəlib çatıb ki, iri layihələrin həyata keçirilməsinə və bu layihələrin səmərəliliyinə nəzarət etməyə böyük ehtiyac var. Azərbaycana investisiya yatıracaq şirkətlərlə dövlət arasında olan münasibətlər tərəfdaşlıq səviyyəsində qanuniləşir. Yeni qanunda digər mühüm məqam özəl şirkətlərə müəyyən qarantların verilməsidir. Başda maliyyə qarantları olmaqla, digər qarantlarla şirkətlər çalışa biləcəklər. Əlavə olaraq şirkətlərin gördüyü işlərin keyfiyyəti, səmərəliliyi və digər məsələlər nəzarətdə olacaq".
Deputatın sözlərinə görə, bu məqsədlə xüsusi komissiya fəaliyyətə başlayacaq:
"Bu komissiyanı dövlət başçısı çox güman ki, İqtisadiyyat Nazirliyinin tərkibinə verəcək. Komissiya qanundan irəli gələn bütün proseslərə nəzarət edəcək. Nəticədə iri layihələr həyata keçiriləcək. Türkiyə və Rusiyada da belə qanunauyğun layihələr həyata keçirilib. Məsələn, Türkiyədə hava limanı beynəlxalq bankın köməyi ilə tikilib, istifadəyə verilib. Dəyəri təxminən 35 milyard dollardır. Rusiya da "Şimal axını" layihəsini bu yolla həyata keçirib. Avropada isə çox sayda belə layihələrə üstünlük verilib".
Vahid Əhmədov "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun layihəsinin qəbul edilməsinin Azərbaycan üçün vacib olduğunu qeyd edib:
"Gələcəkdə hansı layihələrin həyata keçirilməsi hökumətin səlahiyyətində olacaq. Onlar yəqin ki, layihə qəbul edildikdən sonra bu məsələləri həll edəcəklər. Qanun layihəsini birinci oxunuşa təqdim etmişik. Özümüzün də bir sıra təkliflərimiz var. Həmin təkliflər üzərində İqtisadiyyat Nazirliyi ilə işləyirik. Mən iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova təşəkkür edirəm ki, bizim iclasa gəlmişdi. O, çox əhatəli təqdimat etdi. Həmin təqdimatdan sonra bizim bir sıra suallarımız aradan qalxdı. Bu qanun layihəsi vacibdir. Düşünürəm ki, qısa vaxt ərzində biz onu qəbul edəcəyik".
Qeyd edək ki, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına qatılan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun layihəsinin əhəmiyyətindən söz açıb.
"Mən 9 ildir ki, nazir kimi fəaliyyət göstərirəm. Bu illər ərzində ilk dəfə cənab Prezidentdən qanunun icrası ilə bağlı məsələdə dəstək istəmişəm. Həmin məsələ elə məhz bu qanun idi", - deyən nazir layihənin asan başa gəlmədiyini söyləyib.
"Sizə elə gələ bilər ki, qanun layihəsi asan başa gəlib. Amma bu, bildiyiniz kimi deyil. Uzun müddətdir ki, bu qanun üzərində işlər aparılır. Həmçinin burada məmur kimi çıxış edirəm və mən bu qanun layihəsini müdafiə edirəm", - deyə nazir vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri