Bakı metrosunda yeniliklər olacaq - VİDEO
Yaxın günlərdə metronun ''Xocəsən'' stansiyası istismara veriləcək.
Bunu jurnalstlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O, gələn il xəttə buraxılacaq qatarların sayından da danışıb. Hidayət Məmmədov qeyd edib ki, Rusiyadan alınan sonuncu 10 vaqonlu 2 qatarın 2023-cü ilin əvvəlində xəttə buraxılması gözlənilir.
Hidayət Məmmədov əlavə edib ki, metrostansiyalarda gediş haqlarının bank kartları vasitəsilə ödənilməsi istiqamətində də işlər davam etdirilir. Artıq texniki dizayn işlərinə start verilib, ilkin sınaq işləri uğurla aparılıb.
Qurumun baş mühəndisi Əlixan Osmanov isə bildirib ki, şərti adı "B 4" olan stansiyanın tikintisi 2024-cü ildə başa çatdırıla bilər. Hazırda "8 Noyabr stansiyasından "B 4" stansiyasına qədər tunellər qazılıb. Tunellərin daxilində quraşdırma işləri gedir.
''Gələn ilin sonuna, ən gec halda isə 2024-cü ilin əvvəlinə "B 4" stansiyasının tikintisini başa çatdıra bilərik"-deyə o əlavə edib
Əlixan Osmanovun sözlərinə görə ''yaşıl xətt'' üzrə tikilməsi planlaşdırılan, şərti adı "Y 14" olan stansiyasının layihə sənədləri artıq hazırdır. Maliyyə vəsaitinin yönəldilməsi və digər məsələlər həll edilsə, stansiyanın tikintisinə başlanılacq. Baş mühəndis "Y 15" və ''Y 16'' stansiyaları ilə bağlı məsələyə də diqqət çəkib.
O vurğulayıb ki, ''Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər ''yaşıl xətt'' üzrə üç stansiya nəzərdə tutulub.
Qeyd edək ki,bu gün "Bakı Metropoliteni" QSC-nin 55 illik yubileyi qeyd olunub və 6 Noyabr - Metropoliten işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ruslan Quliyev dəfn olundu
Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar
9 iyunAzərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib
Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb. "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzi
4 iyunQlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub
20 iyunAzərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
27 iyunAzərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada
28 iyunAzərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton Rusiyadan olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib. Qaynarinfo xəbər verir ki, sözügedən tədarük Rusiyada
29 mayAzərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 559 milyon 663 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur. Son 1 ildə Azərbaycanı
7 iyunAzərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 23,25 milyon ABŞ dolları dəyərində 10 min 460 ton pambıq iplik ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,35 milyon ABŞ dolları (2,3 dəfə), həcm baxımından isə
27 iyun