Gülməkdən ölən qaraqabaq adam - FOTO

Gülməkdən ölən qaraqabaq adam - FOTOBiz onu "O olmasın, bu olsun" kinokomediyasında Məşədi İbad rolu ilə sevmişdik. Yaddaşlara "Məşdibad" kimi hopub. "Görüş" filmindəki Şıxəli obrazının dilindən çıxan kəlmələr də sitat kimi, aforizm kimi el dilində gəzir.

Lent.az-ın "Bir ulduz axdı" rubrikasında sevimli sənətkarımız Xalq artisti Əliağa Ağayevdən danışacağıq.

O, 1913-cü il martın 22-də Bakıda doğulub. Atası Qazaxlı, anası Tiflisli idi. Yetimliklə böyümüşdü, anasını iki yaşında itirib. Beş yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilib. Ailədə üç qardaş olublar. Qardaşı Mirzəağa 1937-də ilin repressiyasına qurban gedib. Bağırov tərəfindən Sibirə sürgün edilib, ömrünü orda başa vurub. Yəni güldürən adamın gəncliyi kədər və əziyyətdən ibarət olub.

Aktyor əmək fəaliyyətinə Gəmi Təmiri zavodunda çilingər kimi başlayır və burada su nəqliyyatı işçilərinin dram dərnəyinə yazılıb. Tezliklə peşəkar səhnəyə gəlib və 1936-cı ildə Fəhlə Uşaqlar Teatrında (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) fəaliyyətini davam etdirib. Teatrda gələcək xanımı Cəvahirlə tanış olub.

Ailə üzvlərinin dediyinə görə, əsasən komediya aktyoru kimi tanınsa da, çox ciddi, hətta qaraqabaq adam olub. Sənət onun üçün hər şey idi, rolları üçün böyük fədakarlıqlara hazır idi. Məsələn "Görüş" filmi soyuq payız aylarında çəkilirmiş. Ssenariyə əsasən, Şıxəli çaya yıxılmalıydı. Bu kadr yaxşı alınmırdı deyə Əliağa Ağayev bir gündə yeddi dəfə soyuq suya baş vurub və nəticədə möhkəm xəstələnib. Deyilənə görə, rola elə girirmiş ki, həyatda da özünü Şıxəli kimi aparırmış.

Məşədi İbad roluna çəkilmək üçün gur, qara saçlarını dibindən qırxdırıb, keçəl olub.

"Sehirli Xalat" filmindəki Xan obrazına görə, erməni həyasızlığı ilə üzləşib. Bir erməni tamaşaçısı filmdə səslənən sözə etirazını bildirmişdi. Filmdə belə bir səhnə var: Rəşid xanın sarayına düşəndən sonra xanı da götürüb geri qayıtmaq istəyir. Həmin hissədə belə bir dialoq var:

Rəşid: Çitrakuta, çitrakuta, işvara!

Xan: Çitraxuda, çitraxuda, işvərə!

Rəşid: Ayravana...

Xan: İrəvana gedirik?

Xanın pionerdən "İrəvana gedirik?" soruşması erməninin şəstinə toxunub. Məktubda yazılmışdı: "Siz nəyə görə filmdə Yerevanın adını çəkmisiniz? Bunun sizə, filmə nə dəxli var?"

Filmin rejissoru Ə.S.Atakişiyev həmin erməniyə İrəvan xanlığının keçmişi barədə tutarlı bir cavab yazır. Məsələ bununla da bitir.

Əliağa Ağayevin çox gözəl dramatik obrazları da var.

"Qanun naminə" bədii filmində Məmmədxan obrazını qeyd etmək kifayətdir.

Aktyorun oğlu Vaqif Ağayev müsahibələrindən birində demişdi ki, atası çox qaraqabaq adam olub:

"Atam çox ciddi və tələbkar idi. Şit zarafatlardan xoşu gəlməzdi. Həmişə deyərdi ki, aktyor istər səhnədə, istərsə də ekranda gərək təlxəklik eləməsin".

"Evlənmək istəyirəm" kinokomediyası Ə.Ağayevin kinoda çəkildiyi son film oldu. Filmdə Kərbəlayi Zalın dəmirçinin yeməyini oğurlayıb yediyi səhnə mükəmməlliyi və dramatikliyi ilə seçilir.

Bir qardaşı Mircəfər Bağırov tərəfindən sürgünə göndərilsə də, o, diktator tərəfindən mükafatlandırılmışdı.

Oynadığı "Hacı Qara" tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra onu yanına çağırtdırır, fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Əliağa Ağayevə "Əməkdar artist" fəxri adı verilir. O uzun illər Gənc Tamaşaçılar Teatrında işlədi və o vaxtlar teatrda yeganə Xalq artisti Əliağa Ağayev idi.

O molla obrazlarını məharətlə ifa edirdi, amma heç kim bilmirdi ki, oxuduğu dualar realdır, çünki o, Quran hafizi idi.

Əliağa Ağayevin maraqlı səs tembri var idi və onu parodiya eləmək asan idi. Gənc aktyorlar tez-tez onun səsiylə kiməsə zəng vurub, zarafat edir, hətta borc istəyirmişlər. O bunu biləndə sadəcə gülümsünüb.

Ölümü də çox qəribə baş verib. Əliağa Ağayev gülməkdən ölüb. Hətta öncə heç kim onun öldüyünə inanmayıb, zarafat etdiyini düşünüblər. 1983-cü il noyabrın 3-də 70 illik yubileyi ərəfəsində dostları ilə bir məclisdə bir lətifəyə necə ürəkdən gülübsə, elə güldüyü yerdə keçinib. Bəli, qaraqabaq komediya ustası gülməkdən ölüb.
Gülməkdən ölən qaraqabaq adam - FOTOGülməkdən ölən qaraqabaq adam - FOTOGülməkdən ölən qaraqabaq adam - FOTOGülməkdən ölən qaraqabaq adam - FOTOGülməkdən ölən qaraqabaq adam - FOTO


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2934   Tarix: 01 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021