Qayınanasına görə körpəsini öldürdülər, "Mercedes" sürən ilk azərbaycanlı qadın

Qayınanasına görə körpəsini öldürdülər, "Mercedes" sürən ilk azərbaycanlı qadın"Unudulan məşhurlar" rubrikasında Əməkdar artist, "Lalə" qızlar ansamblının bir vaxtlar solisti olmuş Kəmalə Rəhimli haqqında yazını təqdim edirik:

Kəmalə Rəhimli 1952-ci ildə Bakının Qala kəndində doğulub. Ailəsi ilə birgə sonralar Şüvəlana köçüb. Anası əslən şüvəlanlı, ata tərəfi isə İsmayıllının Lahıc kəndindəndir. Valideynləri müəllim olub. Ailədə dörd bacı, bir qardaş olublar. Ortancıl bacı olan Kəmalə gənc yaşlarında atasını itirir. Bundan sonra 3-cü sinifdə oxuyarkən onun musiqiyə həvəsi üzə çıxır. Ancaq anası onun bu sənətə gəlməsini deyil, ali təhsil almağını istəyir. Kəmalə belə də edir. Sənədlərini eyni vaxtda həm Xarici Dillər Universitetinə, həm də Asəf Zeynallı adına musiqi kollecinə təqdim edir. Ancaq iş elə gətirir ki, Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Hətta o, doqquzuncu sinifdə oxuyarkən Nuru adlı müəllimin ansamblında çıxış edir və burada müğənni Məmmədbağır Bağırzadə ilə tanış olur. Bundan sonra rejissor, aktyor Şəmsi Bədəlbəyli Kəmalənin fəaliyyət göstərdiyi mədəniyyət evinə zəng edib Moskavada səhnədə çıxış etmək üçün iki müğənni axtardığını deyir. Seçmələrdə ona səsinin daha çox xalq mahnılarına uyğun olduğunu deyirlər və musiqi təhsili almağını məsləhət görürlər.

Kəmalə Rəhimli kollecdə oxuyanda tarzən Elxan Müzəffərovun ansamblı ilə televiziyada ilk dəfə çıxış edir. Daha sonra tanınmış bəstəkar Ələkbər Tağıyev ifaçıya şərait yaradır və o, ilk dəfə Azərbaycan Radiosunun efirində Məmmədbağır Bağırzadə ilə "Bakı" mahnısını ifa edir. Kəmalə xanımın sözlərinə görə, oğlan tələbələrdən çox utanırmış. Hətta müəlliminə utandığından deyib ki, onları sinifdən çıxarın rahat oxuyum. Buna görə də "Lalə" qızlar ansamblında oxumağa can atır və Ceyran Haşımova ilə danışır. İş elə gətirir ki, o, Kəmalənin səsini çox bəyənir və məşqlərə çağırır. Bundan sonra gənc müğənni ansamblla birgə qastrollara yollanır. Bundan başqa, Kəmalə xanım bir dəfə etiraf edib ki, Azərbaycanda "Mercedes" markalı avtomobil sürən ilk qadındır.

Kəmalə Rəhimli səhnəyə erkən yaşlarında çıxmağına baxmayaraq, Nisə Qasımova, Firuzə İbadova, Zöhrə Abdullayeva və Ruhəngiz Allahverdiyeva ilə konsertlər verir. Onların konserti o qədər anşlaqla keçirdi ki, biletlər tapılmır, böyük izdiham yaşanırdı. "Lalə" qızlar ansamblında çıxış edərkən onu kinorejissor Hüseyn Seyidzadə "Qayınana" filminə dəvət edir. O vaxtı Şamaxıda qastrol zamanı ifaçıya bərk soyuq dəyir və həkimlər ürək pərdəsində problem yarandığını söyləyir. Kəmalə Mərdəkanda xəstəxanada müalicə alan zaman Hüseyn bəy filmə çəkilməsi üçün onun yanına adam göndərir. Eyni zamanda da rejissor Həsən Seyidbəyli onu "Nəsimi" filmində rol alması üçün dəvət edir. Ancaq heç birinə razılıq verməyən Kəmalə "axı mən hələ gəncəm, kino sahəsində oynaya bilmərəm", - deyir.

Kəmalə xanım həmçinin, öz dövrünün gəncləri arasında dövlət tədbirlərində səhnə alan ilk ifaçıdır. Bu, onun ən böyük uğurlarından biridir. Qısa zamanda populyarlıq əldə edən müğənniyə dirijor Niyazidən, Rəşid Behbudovdan təkliflər gəlir və o da bu təklifləri dəyərləndirir. Kəmalə Rəhimli ilk dəfə Rəşid Behbudovla SSRİ-də qeyri-dost ölkə hesab edilən Pakistana səfər edir. Hətta Kəmalə xanım müsahibələrində deyir ki, qorxurduq bizə oxuduğumuz yerdə atəş açarlar: "Səhnəyə çıxmamışdan əvvəl insanlara deyirdilər ki, onlar müsəlmandırlar və ondan sonra çıxış edirdik. Bir şəhərdə konsert verəndən sonra digər bir şəhərə gedəndə artıq orada bizi tanıyırdılar". Rəşid Behbudovla birgə səhnə aldığı zamanlar Kəmalə Rəhimliyə rayonda 1 saatlıq toyda oxumaq üçün 10 min rubl pul təklif edirlər. Lakin o, bu təklifi rədd edir və ümumiyyətlə, rayon toylarına getmədiyini dilə gətirir. Ta ki, 1993-cü ilə qədər.

Kəmalə xanımın sözlərinə görə, Xalq artisti Şövkət Ələkbərova istəyib ki, onu qohumlarından biri ilə evləndirsin. Ailə qurmağa vaxtı olmadığını deyən ifaçının elçiləri həddən artıq çox idi. Ancaq o, tanınmış sənət adamı, saz ifaçısı Rəhilə Həsənovanın oğlu ilə ailə qurur. O, zərb alətlərinin mahir ifaçısı kimi tanınır. Onların bu nikahdan Tural adlı bir oğulları var.

İllər öncə milli.az-a açıqlama verən Əməkdar artist Kəmalə Rəhimli başına gələn pis hadisələrdən söhbət açarkən deyib ki, oğlu Turaldan əvvəl onun bir övladı doğum evində həkim səhvi ucbatından ölüb: "Bu hadisədən sonra mən çox böyük bir stress yaşadım. O, qaynanamın qisasını məndən aldığını bildirdi. Toylarımın, konsertlərimin çoxluğundan daha uşaq dünyaya gətirmədim".

Mətbuatdan uzaq gəzən, səhhəti ilə bağlı müalicə alan Kəmalə Rəhimlinin hazırki vəziyyəti ilə bağlı həmkarı, rəfiqəsi Firuzə İbadova ilə əlaqə saxladıq. Müğənni Lent.az-a açıqlamasında dedi ki, zəngləşirik, vəziyyəti normaldır:

"Bilirsiniz ki, şəkər xəstəsidir. Daha öncə xəstəxanada müalicə alırdı. Özü ilə danışıram arada. Yanına getməyə vaxtım olmur. Amma Şükür, yaxşıdır özü".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 4738   Tarix: 03 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust