Mirzə İbrahimov millətçiliyinə görə işdən qovulubmuş..

Mirzə İbrahimov millətçiliyinə görə işdən qovulubmuş..Yazıçı-jurnalist, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov xalq yazıçısı Mirzə İbrahimov haqda olduqca maraqlı məlumatları əks etdirən xatirə yazısı yazıb.

Sonxeber.az sözügedən yazını təqdim edir:

Bu gün (17 dekabr - red.) Azərbaycanın xalq yazıçısı, görkəmli ədib, böyük ictimai-siyasi xadim Mirzə İbrahimovun anım günüdür. Şəxsən tanıdığım, bir dəfə yol yoldaşı olduğum Mirzə müəllimlə kiçik bir xatirəni bölüşürəm:

Moskvaya uçurduq. Aeroportda görüşdük. Baqajlarımızı verəndə gördüm sürücüsü bir taxta yeşik meyvəni baqaja vermədi. Dedim ki, bunu da ver də, ağır yükü niyə əlində aparsın ki? Sürücü dedi, Mirzə müəllim meyvənin əzilməsindən narahat olur, ona görə də həmişə salona aparır.

Nə isə, sürücü çıxış qapısınadək gətirdi, mən ondan aldım ki, götürüm, Mirzə müəllim dedi, balası, dəymə, qoy yerə, gəlib aparacaqlar. Dedim, ay Mirzə müəllim, cavan oğlanam, bu nədir ki - mən aparıram. Ötkəm asta səslə dedi, balası, sən narahat olma. Əliylə orada dayanan fəhlələrdən (aeroport işçilərindən) birini çağırdı və cibindən 1 onluq çıxarıb onun cibinə qoydu, dedi, bunu apar 1-ci sıraya qoy. Dedim, ay Mirzə müəllim, niyə artıq pul verirsiniz ki, mən qaldırardım də. Özünəməxsus qımışmağı vardı, dedi, balası, o da uşağına bir tikə çörəkpulu aparmalı deyil?

O gündən Mirzə müəllimə xüsusi rəğbətim yarandı və sonralar həmişə kitablarının çapına gücüm çatan köməyi etdim. Bu yaxınlarda illərlə həyat yoldaşı Sara xanıma yazdığı məktubları Aslan Kənanın tərtibçiliyi ilə "Sevgi məktubları" adıyla "Azərnəşr"də çap elədim.

Bilirdiniz ki, sağlığında onu da sevməyənlər vardı və yeri gəldi-gəlmədi, haqsız tənqidlər yazırdılar. Amma o səfərdə Moskvaya qədər mənə Azərbaycan dilinin qorunmasında, dövlət dili elan olunmasındakı xidmətlərindən danışdıqca, düşünürdüm ki, doğrudanmı bu kişinin böyük xidmətləri olub? Bu yaxınlarda bir kitab aldım. 2021-ci ildə Moskvada "Molodaya Qvardiya" nəşriyyatında çap olunmuş Leonid Mleçinin "Nikita Xruşşov" kitabını. Almağımın da səbəbi kitabı vərəqləyəndə 172-ci səhifədə Azərbaycanla bağlı bölmənin olduğunu görməyim oldu.

Mərkəzi Komitənin Rəyasət Heyətində Partiya orqanları şöbəsinin müdir müavini İ.V.Şikinin "Azərbaycanın partiya təşkilatlarında yoxlamaların nəticəsi" məruzəsi müzakirə olunur. Hadisə belə olub: 1959-cu ilin yayında şöbənin müdiri, sonralar Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan V.E.Semiçastnıy Xruşşova zəng vurub qəbul istəyir. Özüylə Şikini də götürüb, Baş katibin qəbuluna gedir. Şikin Azərbaycandakı vəziyyəti Xruşşova danışmağa başlayan kimi, Xruşov əsəbi halda onun sözünü kəsir və deyir:

- Siz hətta İmam Mustafayevi də təftiş edirsiniz? O ki ən yaxşı katiblərdən biridir!

Şikin başlayır yoxlama briqadasının rəyini oxumağa. Xruşşov tərəddüdlə deyir ki, yaxşı, Rəyasət Heyətində dinləyərik. Müzakirə başlayır və Şikin Azərbaycanda kənd təsərrüfatının, digər sahələrin bərbad olduğunu, xüsusən də millətçiliyin baş qaldırdığını, hətta yüksək partiya elitasında da millətçiliyə rəvac verildiyini, rəhbərliyin Qaradağ-Tiflis qaz kəmərinin çəkilməsini əngəllədiyini və s. "nöqsanları" məruzəsindən oxuyanda Xruşşov soruşur ki, səbəb nədir? Şikin cavab verir ki, Bakının partiya rəhbərlərindən biri dedi: qaz bizimdir, gürcülərə verməyəcəyik. Öz ölkəmizdə qaza ehtiyacı ödəyə bilmirik. Xruşşov bunu eşidəndə qışqırır ki, bunlar kommunistdirlər? Belə kommunist olar? Bu dözülməzdir! Gürcüyə, erməniyə qaz vermə, sənin lampan yansın, onlarınki yox?

Məruzə gəlib əsas yerə çatanda məlum olur ki, 21 avqust 1956-cı ildə Azərbaycan dilinin dövlət dili elan edilməsindən sonra respublikada rusdilli kadrları (rus, erməni, gürcü) milli kadrlarla, xüsusən Azərbaycan dilini bilənlərlə əvəz edirlər. Bunun da ideya müəllifi Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovdur. Şikin deyir ki, biz ona bunun yolverilməz olduğunu bildirəndə sərt formada cavab verdi ki, artıq 20-ci illər deyil, Azərbaycanda kifayət qədər milli kadrımız var. O qədərdirlər ki, bütün kadrları dəyişə bilərik və dəyişirik. Şikin deyir, biz Mirzə İbrahimovdan soruşduq ki, bəs bu azad etdiyiniz rusdillilər neyləsin, cavab verdi ki, zəhmət çəkib Azərbaycan dilini öyrənsinlər, qalıb işləsinlər. Öyrənməyəcəklər, iş verməyəcəyik.

Şikin başqa bir misal gətirir. Mirzə İbrahimov Universitet tələbələri ilə görüşəndə belə bir söz deyib: Azərbaycan dilini bilməyən və yaxud bilib danışmayan adam ziyalı yox, avaradır, əclafdır, satqındır! Bu yerdə Xruşşov əsəbləşir və müzakirədə iştirak edən İmam Mustafayevdən soruşur ki, belə bir şey olubmu?

İmam Mustafayev deyir, bəli, olub, amma biz ona cəza verib işdən çıxarmışıq (İmam Mustafayev dana bilməzdi, çünki Şikin stenoqramlardan sitat gətirirmiş). Xruşşov özünəxas cırtqozluğu ilə qışqırır:

"Belə yaramazları vəzifədən çıxarmaq azdır, ən yüngül cəzadır, onları partiyadan da, ictimai həyatdan da qovmaq lazımdır! Beləsi nə leninçi, nə də kommunistdir! Beləsi millətçi və rəhbərliyə soxuşdurulmuş düşməndir!"

Baş katibin dəstəyindən yararlanan Şikin daha da qabağa gedir:

"Bunların, yəni İmam Mustafayev və Mirzə İbrahimovun tapşırığıyla Azərbaycanda bütün iclaslar, müşavirələr yalnız Azərbaycan dilində aparılır, rus dilinə tərcümə edilmir, önə rusları, erməniləri yox, yalnız azərbaycanlıları çəkirlər. Əgər Kommunist Partiyası haqqında kitablarda Şaumyanın, Orcenikidzenin, Çaparidzenin səhvləri, çatışmazlıqları haqqında gen-bol yazılırsa, N.Nərimanovun haqqında bircə kəlmə də mənfi söz deyilmir. Hərçənd onun səhvləri bunlarınkından az olmayıb".

Bundan qəzəblənən Xruşşov ağzının suyunu dağıda-dağıda çığır-bağır salır və nəticədə İmam Mustafayevi də vəzifəsindən azad edir. Amma ilahi ədalətin sayəsində Mirzə İbrahimov sonralar Azərbaycanın xalq yazıçısı, SSRİ Ali Sovetinin deputatı, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri olur…

Allah rəhmət eləsin./Kult


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1851   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust