"Tütək səsi"nin məşhur aktyorları 47 ildən sonra yenidən bir arada

"Tütək səsi"nin məşhur aktyorları 47 ildən sonra yenidən bir aradaAzərbaycan tamaşaçılarının uzun illərdir yorulmadan baxdığı "Tütək səsi" filminin əsas aktyorları 47 ildən sonra yenidən bir araya gəliblər.

"Tütək səsi"ndə Milli obrazını canlandırmış aktrisa Xalidə Quliyeva və Tapdıq rolunun ifaçısı Akif Məhərrəmov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında görüşüblər.

"Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında dostlarla səmimi görüş oldu. Azərbaycan kinosunu dirçəldib daha da inkişaf etdirmək, respublika kinematoqrafiyasının şöhrətini qaytarmaq, milli kinomuza töhfələr vermək niyyəti ilə çalışan dəyərli həmkarlarla, istedadlı yaradıcı insanlarla, kinoda xidməti olan peşəkar sənət ustaları ilə hər görüş ömrün xoş xatirələrini yada salır. Və sonra belə səmimi görüşün özü də xatirələrə çevrilib ömrümüzdə qalır...", - deyə Akif Məhərrəmov görüş haqda deyib.

Xatırladaq ki, yazıçı-publisist, Əməkdar jurnalist Akif Məhərrəmov (Akif Əli) uzun müddət (1994-2019) Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işləyib. O, "Tütək səsi"indən əlavə daha üç filmə çəkilib.

Xalq artisti Xalidə Quliyeva isə ümumilikdə 30-a yaxın filmdə rol alıb.

Qeyd edək ki, yazıçı İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərləri əsasında ekranlaşdırılmış "Tütək səsi" filmi 1975-ci ildə çəkilib, 1976-cı ildə isə premyerası olub.

Kinopovestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə həyat da var, məhəbbət də. Sarsıntı da var, sevinc də...

Quruluşçu rejissoru Rasim Ocaqov olan filmdə əsas rollarda Akif Məhərrəmov (Tapdıq), Ötkəm İsgəndərov (Nuru), Mixail Volontir (Cəbrayıl), Yusif Vəliyev (Qılınc Qurban), Məmmədrza Şeyxzamanov (İsfəndiyar kişi), Liya Eliava (Sayalı), Xalidə Quliyeva (Milli) Sadıq Hüseynov (Rza), Səfurə İbrahimova (İsmət) və başqaları çəkilib.

Filmin çəkilişləri əsasən Bakıda - kinostudiyanın pavilyonunda, təbiət səhnələri isə Qusar rayonunun kəndlərində aparılıb./Modern


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2981   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust