Oğlunu erkən itirdi, məşhur aktrisa ilə sevgili olduğu deyildi, aparıcını təhqir etdi

Oğlunu erkən itirdi, məşhur aktrisa ilə sevgili olduğu deyildi, aparıcını təhqir etdiSonxeber.az Kulis.az-a istinadən rejissor, aktyor, Əməkdar artist Elxan Qasımov haqqında maraqlı faktları təqdim edir.

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə getməyə, basketbolla, voleybolla məşğul olmağa başlayır. Bir gün Naxçıvanın gənclərdən ibarət voleybol komandasında Bakıya yarışa gəlir.

***

Yaşıl Teatr açılanda onun səhnəsində ilk rəqs edən gənc rəqqaslardan biri olur. Bütün bunlar 1962-ci ilə qədər baş verir. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist kimi işləyir, ölkədaxili və ölkə xaricinə qastrollara gedir. Əminə Dilbazi, Əlibaba Abdullayev, Böyükağa Məmmədov, Xumar Zülfüqarova kimi görkəmli baletmeysterlərdən dərs alır.

Aktyorun anasının sözlərinə görə, Elxan "Ovod" filmindən sonra anasına deyir ki, mən kinoaktyor olacağam.

***

16 yaşında orta məktəbi bitirib Bakıda Teatr İnstitutunda qəbul imtahanı verir. Aktyor sənətindən imtahan verəndə ona mahnı oxumaq düşür və üç qiyməti alır. Sonra indiki Neft Akademiyasında imtahan verəndə bir imtahandan "4", o birindən "3" alıb Naxçıvana qayıtmalı olur.

***

Növbəti il yenidən qəbula gəlir. Adil İsgəndərov qabiliyyət imtahanında onu seçərək öz kursuna qəbul edir. Amaliya Pənahova, Əbdül Mahmudov, Xamis Muradov, xanəndə Arif Babayev, Siyavuş Aslan, Lütfiyar İmanov, Şəfiqə Məmmədova ilə eyni qrupda oxuyur.

Elə həmin il də "Əhməd hardadır?" filminin ssenarisi hazır imiş, film çəkilişlərinə hazırlıq prosesi gedirmiş. Adil İsgəndərovun istəyi ilə Elxan Qasımova həmin filmdə Şofer Əhməd rolu həvalə olunur. Elxan Qasımov bu barədə deyir:

"Rəqs və maşın sürmək mənim üstünlüyüm idi. Uşaq vaxtından maşınımız olub. Adil müəllimin tələbəsi olmaq da rol oynadı. Çünki ilk kursda olsam da, məni tanıyırdı, potensialımı bilirdi. Filmdə bığ saxlamaq rejissorun ideyası idi. Hələ rəngləyirdilər ki, bir az tünd görünsün. Film boyu bizi idarə edirdilər: araq içmə, çaxır içmə, saçını qırxma. Mənim ən yaxşı epizodlarım Yaşıl Teatrdakı rəqslərimdir. Orda bəzi yerlərdə qızı uzaqdan göstərirlər. Çünki Ceyran rolunun ifaçısı Nona artıq hamilədir. Diqqətlə baxanda bilinir. Adamlar elə bilirdilər biz Nona ilə sevgiliyik, amma biz çox yaxın dost idik. Nonanın əri filmin çəkilişləri vaxt rəhmətə getdi. Nəcibə Məlikova maşını qaçırdığı epizodda "ZİL"i yaxın kadrlarda özü, amma uzaqdan olan kadrlarda sürücü idarə edirdi. Filmdə maşının arxasınca xeyli qaçış səhnəsindən 30 dəfə artıq qaçmışam. Gözəl mənzərə görürdülər, bir daha çəkirdik. Təsəvvür edin, yolla gedirik, deyirlər "düş aşağı", düyməni basırdılar, mən qaçırdım yıxılana qədər. Mən də onu çox canı-dildən edirdim. Orda Şirin kişini oynayan Məmmədrza Şeyxzamanovla dostluq edirdim. Allah ona rəhmət eləsin. Yaşlı olsa da, koloritli adam idi. Mənə həyat dərsi verirdi, yaxşı söhbətlər edirdi. Mənim aktyor stavkam 16 rubl 50 qəpik idi. Pulu alıb evə gələnə qədər anama, bacıma palto aldım. Amma pulun heç 30 faizi xərclənməmişdi. Filmdən sonra məhəllədə, küçədə tanındım. Qəzetdə şəkillərim, resenziyalarda filmdən şəkillər verirdilər, saxlayıb şəkil çəkdirirdilər. Düzdür, avtoqraf dəb deyildi, amma verirdik. Açıqcalara imza atırdıq. Məktublar çox gəlirdi. Populyar olmağımı "Tarqovı" küçəsindən bilirdim. Məşhur adam gərək orda gəzəydi. Mənə ən çox hörmət edənlər yol polisləri, sistem işçiləri, mağaza müdirləri idilər. Nəsə alanda deyirdilər ki, bay, şofer Əhmədimiz gəlib... Sənədsiz Lenin kitabxanasında (hazırda Milli Kitabxana) kitab alıb oxuyurdum".

Aktyor Bakıda tanış olduğu İntizar adlı xanımla ailə qurur. 1972-ci ildə onların Kəmalə adlı bir qızı, bir il sonra isə oğlu Samir dünyaya gəlir.

***

Elxan Qasımov "Qatır Məmməd", "Gözlə məni", "Əhməd haradadır?", "Axırıncı aşırım", "Otel otağı", "Əlavə təsir", filmlərinə çəkilib. "Atası yandı", "Ay çox, il çox", "Köhnə bərə" filmlərinin rejissoru olub. Elxan Qasımova ən böyük uğuru "Əhməd haradadır?" filmindəki Şofer Əhməd obrazı gətirib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülür. Aktyor bu günə qədər də Xalq artisti adı almayan sənətkarlar sırasındadır. Bu barədə ona sual verəndə deyir:

"Olduğu kimi də danışacağam. "Əməkdar artist" fəxri adı almağımı maşın təmiri sexinin müdiri, dostum Əbdülağa Quliyevin qardaşı Bəhramdan eşitmişəm. Çünki maraqlanmırdım. Bu adı təxminən 10 il əvvəl, Heydər Əliyevin vaxtında almışam. Adı əvvəlcə Allah, sonra valideynin, axırda da xalq verir. Çıx şəhərə, soruş ki, "Şofer Əhməd", vəssalam. Yəni mən xalqımdan çox razıyam. Çalışmışam ki, Allahın verdiyi yükü namusla daşıyım. Nə dərəcədə nail olduğumu ətrafım və Allahım bilir. Mənim ixtiyarım yoxdur ki, xalqın cavan, saf Şofer Əhmədə olan məhəbbətini korlayam".

Aktyor bir dəfə televiziya kanallarını və aparıcılarını tənqid edərkən aparıcı Elgiz haqqında "eybəcər" ifadəsini işlədib. Bu söz aparıcının qəlbinə toxunur. O, müsahibələrinin birində deyir:

"İndi atam dünyasını dəyişməsəydi bunu danışmazdım. Vecimə almazdım. Bunu atam rəhmətə getdiyi üçün danışıram. Atam əynini geyinib ki, gedib o, Xalq artistini tapmağa. Bir tanışı var idi kinostudiyada sürücü olub. Ona yığıb ki, həmin Xalq artistini tapmalıyam. Atama məsləhət görüb ki, qarışma. Həmin Xalq artistinə indiyənə qədər cavab verməmişəm. Ola bilər aparıcılığımı bəyənməsin, amma onu peşəkar hesab edirəm. Niyə məni təhqir edirsiz? Nələrsə deyib, sonda isə vurğulayıb: belə eybəcər efirdə ola bilməz. Dəhşətə gəldim ki, belə söz deyib? Bu insanlar görüşəndə ən az 10 dəqiqə bir-birimizə nə qədər sözlər deyirdik. Onun oğlu dünyasını dəyişib, onu gözəl tanıyırdım. Ona atamın dilindən cavab verərdim, amma etmədim. Oğlunu itirən bir atanın qəlbi ağrıyardı".

Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu. Bu barədə heç vaxt danışmayan aktyor müsahibələrinin birində belə deyir:

"Mən o yerlərə toxuna bilmərəm. Dostları haqqında filmlər çəkirlər. Bu mənim öz taleyimdi, mənim dərdimdi".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3516   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust