Alimlər sübut edib ki, nikah sağlamlıq üçün faydalıdır və demensiya riskini azaldır...

Alimlər sübut edib ki, nikah sağlamlıq üçün faydalıdır və demensiya riskini azaldır...Alimlər sübut edib ki, nikah sağlamlıq üçün faydalıdır və demensiya riskini azaldır...

"Tənha və boşanmış adamlarda ağıl zəifliyi xeyli çox olur..."

"Alimlər bunun sosial təcridlə bağlı olduğunu, belələrinin stresə, psixi pozuntulara və arzuolunmaz vərdişlərə çox meylli olduğuna görə baş verdiyi qənaətindədir..."

Bir çox müasir insanlar uzunmüddətli münasibətlərə daxil olmamağa üstünlük verir. Lakin alimlər əmindir ki, bununla onlar öz sağlamlıqlarına zərər vurur.

Hər halda Norveç alimlərinin apardığı tədqiqat göstərib ki, evli insanlar və ya uzunmüddəti münasibətdə olanlarda demensiya (ağıl zəifliyi) daha az rast gəlinir.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

"Journal of Aging and Health" jurnalında dərc edilən yeni tədqiqat göstərib ki, evlilərdə tənha və ya boşanmış adamlara nisbətən ağıl zəifliyi və koqnitiv pozuntular riski daha aşağıdır, bu da uzunmüddətli münasibətlərin üstünlüyünü göstərir.

Bu nəticəyə gəlmək üçün Norveç İctimai Səhiyyə İnstitutu (NIPH) 44-68 yaş arasında 8706 nəfərdən seçim edərək onları 70 yaşınadək izləyib.

Nəticədə müəyyən edilib ki, heç vaxt nikaha girməyənlərdə ağıl zəifliyi diaqnozu qoylub, amma bir tərəf-müqabillə uzunmüddətli münasibətdə olanlarda xəstəlik səviyyəsi 6 faiz aşağı olub.

"Orta yaşda nikaha girməklə yaşlananda demensiyanın aşağı inkişaf riski arasında əlaqə var. Bizim nəticələrimiz də həmçinin göstərib ki, boşananlarda demensiya halları xeyli çoxdur", - bunu təqiqat rəhbəri Hard Skirbek deyib.

Qeyd etmək lazımdır ki, əvvəlki tədqiqatar da həmçinin göstərib ki, sosial təcrid xüsusilə kişilərdə və uşaqlarda demensiyanın güclü inkişaf amilidir.

Lakin yeni tədqiqata həm kişilər, həm qadınlar, habelə uşqlı və uşaqsız insanlar daxil edilib.

Norveç alimlərinin tədqiqatının nəticələri göstərib ki, seçilənlərin 11, 6 faizində demensiya, 35, 3 faizində isə yüngül koqnitiv pozuntular imkişaf edib.

Bu insanlar arasında ən az xəstələnmə halları daimi nikahda olanlarda, ən yüksək xəstələnmə isə heç vaxt evli olmayanlarda müşahidə edilib. Ağıl zəifliyinin yüksək riski həmçinin boşanmış adamlarda müşahidə edilib.

Bunun nədən belə olduğu sualı açıq qalır. Alimlər nikahın insan beynini demensiyadan necə qoruduğunu birmənalı izah etməkdə çətinlik çəkir.

Lakin onlar güman edir ki, bu, sosial təcridlə bağlı ola bilər. Uzun müddət tənha yaşayan insanlar stresə, psixi pozuntulara və digər arzuolunmaz vərdişlərə, məsələn, siqaret çəkməyə, alkoqoldan istifadə etməyə və ya artıq yeməyə daha çox meylli olur, nəticədə ahıl yaşlarında həyat keyfiyyətinə mənfi təsir edir.

Xatırladaq ki, əvvəllər demensiyanı dayandıra biləcək məhsullardan yazmışıq. Onlarla tədqiqat göstərib ki, meyvə-tərəvəzlə zəngin qida rasionu dünyada on milyonlarla insanın əziyyət çəksdiyi ağıl zəiflyinin inkişaf riskini azaldır.

Ekspertlər həmçinin hesab edir ki, müəyyən pəhrizə riayət edilməsi demensiyanı yaradan bioloji mexanizmlərə təsir edə bilər./Moderator


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1742   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

2 noyabr
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr