Əməkdar artist alimlik dərəcəsi aldı – FOTO
Əməkdar artist Bəyimxanım Vəliyeva Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Yenisabah.az xəbər verir ki, B.Vəliyeva əldə etdiyi bu uğurun əsasının 2014-cü ildən qoyulduğunu bildirib: "Düz 8 il bu gün üçün zəhmət, əziyyət, gərginlik, həyəcan, yuxusuz gecələr, bəzən göz yaşları və daha nələr... Ən önəmlisi isə o idi ki, sonunda gözəl nəticə ola da bilərdi, olmaya da bilərdi. Çünki, hər müdafiənin sonu diplom almaqla nəticələnmir. Lakin, Uca Allahımın gücü, dəstəyi, köməyi ilə 8 illik əziyyətimin bəhrəsini bu gün almaq mənə qismət oldu".
Əməkdar artist bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib: "Bu yolda mənə dəstək olan hər kəsə - ilk gündən yanımda olan həyat yoldaşıma, daha sonra Milli Konservatoriyanın rektoru, xalq artisti, professor, dəyərli insan Siyavuş Kərimiyə, Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyliyə, Milli Konservatoriyanın Elmi işlər üzrə prorektoru Lalə xanım Hüseynovaya, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə, eləcə də adlarını çəkmədiyim çox sayda mənə əziz və doğma olan insanların hər birinə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Bəyimxanım Vəliyeva ifaçılar arasında öz ixtisası üzrə ən gənc yaşda "Fəlsəfə doktoru" elmi dərəcəsi almış birinci xanəndədir. '

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabr"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabrXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabrRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyul"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyul