"Financial Times" 2023-cü il üçün proqnozlarını açıqladı - SİYAHI
"Financial Times" müəllifləri 2023-cü il üçün illik proqnozlarını açıqlayıblar. Bunların arasında Aİ ölkələrinin elektrik problemi, Ukraynada müharibəsi, Co Baydenin namizədliyi və s. var.
Qəzet xatırladır ki, 2022-ci il üçün müəlliflərin proqnozlarından yalnız bəziləri özünü doğrultmadı: "Tesla" səhmləri ucuzlaşdı, Demokratlar ABŞ Senatına nəzarəti saxladılar və COVID-19-un daha yoluxucu versiyası heç ortaya çıxmadı.
Bu il isə FT müəlliflərinin üzümüzə gələn il üçün proqnozları belədir.
* Ukraynada müharibə uzanacaq.
*Avropada işıqların mütəmadi kəsilməsi. FT müəllifləri hesab edirlər ki, hava kifayət qədər soyuq olarsa, bu, aprelə qədər davam edəcək.
* İlin sonunda qlobal istiləşmənin artımı 1,5 dərəcə həddi keçməyəcək.
* ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmağa başlamayacaq.
* Rişi Sunak Britaniyanın baş naziri olaraq qalacaq.
* Avropa Mərkəzi Bankı İtaliya və ya digər Aİ ölkələrinin istiqraz bazarlarını dəstəkləməyəcək.
* Co Bayden yenidən prezidentliyə namizəd olacaq.
* Donald Trampı yeni ittihamlar gözləyir.
* Çin 5%-dən yuxarı iqtisadi artımı bərpa edə biləcək.
* Pekin Tayvana girməyəcək.
* Rəcəb Tayyib Ərdoğan prezident postunu saxlayacaq.
* İranda etirazlar bitməyəcək.
* Bir sıra Afrika ölkələrini defolt gözləyir.
* S&P 500 10% olacaq. 2022-ci ildə ABŞ fond bazarının düşməsi artıq rekord həddə çatıb, lakin yaxınlaşan tənəzzül səbəbindən bu, davam edəcək.
* "Twitter" bağlanmayacaq, istifadəçilər ayrılmayacaqlar.
* Daha bir böyük kriptovalyuta biznesi uğursuzluğa düçar olacaq. FTX-dən sonra bir sıra iri kriptovalyuta şirkətləri 2023-cü ildə müflis ola bilər.
* Əsas yayım platformalarının heç biri digəri ilə birləşməyəcək. Keçən il müzakirə olunan NBC-nin "Universal"la, "Warner Bros."un "Discovery", "Disney"in "Apple"lə və ya "Netflix"in başqası ilə birləşməsi, yəqin ki, baş tutmayacaq. Çünki platformalar hələ də COVID-19 pandemiyasından sonra gəlirlərini artırmağa çalışırlar. FT müəllifləri hesab edirlər ki, böyük sövdələşmələr 2024-cü ildə mümkün ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1150 Tarix: 31 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrRusiya 1 ayda 50 mindən çox hərbçisini itirib
Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir. xəbər verir ki, bu barədə "Bloomberg" NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb. NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron v
12 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr