Şahzadə Harri Meqana görə qardaşı ilə dalaşmasından danışdı: "Mən itin yemək qabının üstünə yıxıldım..."

Şahzadə Harri Meqana görə qardaşı ilə dalaşmasından danışdı: "Mən itin yemək qabının üstünə yıxıldım...""Sonradan bir-birimizə səsimizi qaldırdıq və bu da fiziki şiddətə gətirib çıxardı".

Şahzadə Harri öz xatirələrində qardaşı, Britaniya taxt-tacının varisi, şahzadə Uilyamla dava etməsindən danışıb.

"The Guardian" qəzetində Harrinin "Spare" ("Ehtiyat") avtobioqrafik kitabından çıxarışlar dərc edilib.

Bildirilib ki, hadisə 2019-cu ildə Londonda baş verib.

Memuar müəllifinin sözlərinə görə, ailə münaqişəsinə səbəb Uilyamın Harrinin həyat yoldaşını təhqir etməsi olub. Uilyam amerikalı aktrisa Meqan Marklı "ağır, kobud və sərt" adlandırıb və bunun fonunda mübahisə alovlanıb. Sonradan qardaşlar bir-birilərinə səslərini yüksəldiblər və bu da fiziki şiddətə gətirib çıxarıb. Harri deyib ki, Uilyam onun yaxasından tutub, boyunbağısını qoparıb və onu yerə yıxıb.

"Mən itin yemək qabının üzərinə yıxıldım. Qab kürəyimdə çatladı, qırıntılar bədənimə batdı. Bir müddət orada yerdə uzanmış vəziyyətdə qaldım, mat-məəttəl halda idim, sonra ayağa qalxdım və ona rədd olmağını dedim", - deyə Harri qeyd edib.

O əlavə edib ki, Uilyam uşaqlıqda baş verən davalarını ona xatırladıb və israr edib ki, həmin davaların "əvəzini versin". Lakin Harri bundan imtina edib. Sonra Uilyam gedib, lakin tezliklə geri qayıdaraq üzr istəyib. Həmçinin Harriyə hadisə barədə həyat yoldaşına danışmamağı tövsiyə edib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1120   Tarix: 05 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12 oktyabr
.

Tramp Rusiya və Çinin İranı dəstəklədiyinə inanmır

ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İranı dəstəklədiyinə inanmadığını bildirib. xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin və Rusiyanın 'möhtəşəm' İran İslam Respublikasına kömək etməsi ilə bağlı ifrat solçuların, axmaqların və dəlilərin çoxlu şərhlərini görürəm. Hətt

13 oktyabr
.

Kobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri

12 oktyabr
.

ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi

ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş

11 oktyabr
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12 oktyabr
.

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th

13 oktyabr
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11 oktyabr
.

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher"

11 oktyabr
.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

11 oktyabr