Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTO

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTOXalq artisti Leyla Bədirbəylinin anadan olmasından 102 il ötdü. Kulis.az bu münasibətlə aktrisa haqda maraqlı faktları təqdim edir.

Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib, 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.

Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə oraya aparırmış. Gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan Bədirbəyli Dövlət Filarmoniyasına dəvət edilir.

On altı yaşında rəqqas Fərəc Cavanşirovla ailə həyatı qurur. Bir il sonra onların oğlu doğulur. Gənc ana olan aktrisa işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi dörd il çəkir.

İkinci həyat yoldaşı diş həkimi Kamil Aslanovla tanışlığının isə qəribə tarixcəsi olub. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayır, gözəl rəqs edirmiş. Əli Bayramov klubuna gedir, Leylanı orada görür və çox bəyənir. Bir gün Leyla anasını da götürüb diş həkiminə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş. Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: "Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim".

1945-ci ildə Rza Təhmasib "Arşın mal alan" filmini çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə ümumiyyətlə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu deyirlər.

"Arşın mal alan" qısa vaxt ərzində dünya şöhrəti qazanır. Filmin yaradıcı qrupu, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə "Stalin mükafatı"na layiq görülürlər.

Ötən əsrdə yaşamış görkəmli Azərbaycan rəssamı Vəcihə Səmədova aktrisanın rəsmini çəkib.

Leyla Bədirbəyli ilə aktyor Əliağa Ağayev arasında da müəyyən mübahisələr olub. Deyilənə görə, bu söz-söhbət bir gün teatrın iclasında daha da alovlanır, iş o həddə çatır ki, onlar burada bir-birlərini təhqir də edirlər. Sonralar isə bu hadisə lətifə kimi danışılır.

Sara Qədimova ilə Leyla xanım yaxın rəfiqə olublar. Aktrisanın hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin düşmə xəbəri gəlir. Dörd ildən sonra isə ata sağ-salamat geri qayıdır. Bir gün aktrisa Sara xanımgildə qonaq olarkən telefon zəng çalır. Sara xanıma deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım Leylaya təklif edir ki, onu anasıgilə qonaq aparsın. Leyla Bədirbəyli evlərinin qapısından içəri girəndə atasını sağ-salamat görür və ürəyi gedir.

Leyla Bədirbəyli çox savadlı və qabiliyyətli xanım olub. Paltarlarının bəzilərini özü tikər, üzərinə iplə toxunmuş bəzəkli güllərdən naxış salarmış. Çox dadlı şirniyyat, gözəl tortlar bişirməyi bacarırmış. Bunun üçün hətta xarici ölkələrdən tort bişirmək üçün xüsusi avadanlıqlar gətizdirirmiş. Halvanı, şəkərburanı o qədər dadlı bişirərmiş ki, adamlar bunları onun özünün hazırladığına inanmırmışlar.

Əntiq əşyalar, heykəllər satın almağı çox sevib. Xırda heykəlciklərdən ibarət kolleksiyası olub. Xaricə gedəndə məşhur ustaların əl işlərini alıb gətirərmiş.

"Dəli Kür" filminin çəkilişləri zamanı Cahandar ağanın arvadı rolunu ifa edən Leyla Bədirbəyli Mələk rolunun ifaçısı aktrisa Zemfira Sadıqovaya rol gərəyi şillə vurmalı idi. Lakin heç kimin gözləmədiyi halda Leyla xanımın şilləsi çox güclü olur. Zemfira xanım müsahibələrinin birində belə deyir: "Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik. Bir gün ikimiz birlikdə yemək yeyəndə qulağımız eşidə-eşidə Leyla Bədirbəyli dedi ki, bunları haradan tapıb gətiriblər. Nə istedadları, nə də gözəllikləri var. Sonra da məlum səhnədə Leyla Bədirbəyli məni elə bərkdən şillələdi ki, yerimdə səndirlədim. Həmin an özümü itirsəm də, dərhal ələ ala bilmişdim. Çünki aparat işləyir, film isə çəkilirdi. Mən özümə aid olan sözümü deməliydim. Əgər o məni elə möhkəm vurmasaydı, həmin hissəni daha yaxşı və başqa cür ifa edərdim. Amma Allah rəhmət etsin. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə bilərdi".

Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi. Onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olmuşdu. Sonralar isə şayiələr yayılır ki, guya Leyla xanımın sovet dövlətinin rəhbəri ilə isti münasibətləri var.

Leyla Bədirbəylinin pərəstişkarları sırasında məşhur qəzəlxan Əliağa Vahidin də adı çəkilir. Hətta şairin aktrisaya erotik şeirlər həsr etdiyi də deyilir. Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" filmində Nübar Novruzovanın canlandırdığı aktrisa obrazı məhz Leyla Bədirbəylinin prototipidir.

Çoxları bilmirlər ki, xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya "Allı-güllü Leylam" adlı şeir də həsr etdiyi deyilir. Həmin şeir isə sonradan mahnıya çevrilib. Bu şeirdən sonra şairlə aktrisanın sevgi münasibətlərinin olduğu barədə də müxtəlif fikirlər səslənib.

Leyla Bədirbəyli xeyli müddət Akademik Milli Dram teatrında aktrisa kimi fəaliyyət göstərib. Adil İskəndərov teatra rəhbərlik etdiyi dönəmlərdə ən yaxşı qadın obrazlarının bir çoxunu Leyla xanıma həvalə edirmiş. Bu isə o zamanlar teatrın priması hesab olunan, demək olar ki, bir çox qadın aktrisalarla intriqalar yaşayan Hökümə Qurbanovanın xoşuna gəlmir. Onların arasında ziddiyyətli münasibətlər yaranır. Və nəhayət, günlərin birində yaşlansa belə, gözəlliyini itirməyən aktrisanın adı gənc aktyorla hallanır. İclasların birində söhbət açılır. Bundan sonra aktrisa doğma teatrından incik düşür və oradan gedir. Sonra heç vaxt "Azdrama"ya qayıtmır.

Həyat yoldaşı Kamil Aslanov Almaniyaya gedir. Oradan Azərbaycana qayıdanda Ukraynada ağır qəzaya düşərək vəfat edir. Bu hadisədən bir il sonra isə aktrisanın qızı Laləni Bakıda maşın vurur. O, 48 yaşında dünyasını dəyişir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli əsəb xəstəliyinə tutulur, heç kimlə görüşmək, danışmaq istəmir və özünə qapanır. Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır. Elə həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişir.

Həyat yoldaşı aktrisanı həddindən çox sevirmiş. Aktrisanın nəvəsi müsahibələrinin birində belə deyir: Babam ata necə qızına baxırsa, nənəmə elə baxırdı. "Kubinka" tərəfdə təndir çörəyi bişirirdilər. Hər səhər babam gedib o çörəkdən alırdı ki, Leyla xanım boyat çörək yeməsin. Babam 3-4 gündən bir evə qızılgüllər gətirirdi. Nənəmin güldanı heç vaxt boş qalmazdı. Xarab olan kimi yerinə təzə güllər qoyulurdu".
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTOÜzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTOÜzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTOÜzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTOÜzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTOÜzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTOÜzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTOÜzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTO


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3068   Tarix: 09 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Qeyd edək ki, 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlə

23 fevral
.

İşdən çıxarılan Xalq artisti - Direktoru ittiham edir

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, 12 martda baş tutan son çıxışından sonra teatrın direktor

4 aprel
.

Tanınmış xanəndənin səhhətində ciddi PROBLEM YARANDI

Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, xanəndə "Rəngarəng" verilişində son dövrlər yaşadığı sağlamlıq problemlərindən danışıb. O, bildirib ki, son vaxtlar yayılan viruslardan birinə yoluxub və immunitetinin zəif olması səbəbindən 20-25 gü

4 fevral
.

Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti

"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizi

1 aprel
.

Sevilən sənətkar Murad Laçından Unudulmaz Gecə - "Şirin yuxun olaydım" Konserti Böyük Alqışlarla Qarşılandı

7 yaşından xanəndəlik sənətinin incəliklərini öyrənməyə başlayan Murad Laçın ilk dərslərini görkəmli sənətkar Əlibaba Məmmədovdan alaraq muğam yolunda möhkəm təməl formalaşdırıb. Təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirən sənətçi uşaq yaşlarından respublika və beynəlxalq müsabiqələrd

23 fevral
.

Keçmiş filmlərimizi heç vaxt belə görməmisiniz - VİDEO

Köhnə Azərbaycan filmindən bəzi kadrlar süni intellektin köməyi ilə yenilənib. Ölkə.Az xəbər verir ki, instaqramda yayılan kadrların rəngləndirilərək daha da aydın hal aldığı görünür. Sözügedən videoda "Bəxt üzüyü", "Ögey ana" , "Bizim Cəbiş müəllim", "Böyük dayaq"

16 aprel
.

Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi

Xalq artisti Fatma Mahmudovanın ailəsində ağır itki üz verib. xəbər verir ki, Axşam.az-a açıqlama verən aktrisa yaxın qohumunun gənc yaşda dünyasını dəyişdiyini bildirib. F.Mahmudova qeyd edib ki, Ağdama yas mərasiminə yollanıb, orada isə səhhəti pisləşib:. "Özümü yaxşı hiss etmirəm. Halım çox pisdir

8 may
.

Kəmaləddin Heydərovla Baba Vəziroğlu Alim Qasımov üçün yeni mahnılar hazırlayır

Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova aiddir. Baba Vəziroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu dəfəki layihələr Alim Qasımov ilə həyata keçiriləcək:. "Bu mahnıla

17 mart
.

Dilarə Əliyeva qız analarına səsləndi

"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Forma nə qədər vacibdirsə, məzmun ondan da vacibdir. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaç

6 mart