Atası gitarasını sındırdı, küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər - Yalçın Rzazadədən maraqlı faktlar

Atası gitarasını sındırdı, küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər - Yalçın Rzazadədən maraqlı faktlarSonxeber.az Kulis.az-a istinadən Xalq artisti Yalçın Rzazadə haqqında maraqlı faktları təqdim edir.

Yalçın Rzazadə 1946-cı ildə Lənkəranda ziyalı ailəsində anadan olub.

***

İstedadı hələ uşaq yaşlarından üzə çıxsa da, atasının sərt xasiyyəti onun müğənni olmaq arzusunun qarşısını kəsir. Anası atasının əksinə balaca Yalçına mahnılar oxumağı, rəsm çəkmək öyrədir. Yalçın anasının da dəstəyi ilə qonşuluqda yaşayan rus zabitin gitaraçı həyat yoldaşından gitara dərsləri almağa başlayır. Bir müddət sonra Yalçına gitara alınır. Amma atası onun müğənni olmasını istəmədiyi üçün gitarasını sındırır. Növbəti dəfə ona gitara alınsa da, bu dəfə də gitarasını atasının qəzəbindən xilas edə bilmir. Anası ona üçüncü gitaranı alır və atası görməsin deyə o gitaranı gizlədir.

Ailəsi kasıb olduğundan, uşaqlıq illəri müharibədən sonrakı illərə təsadüf etdiyindən, yemək, çörək qıtlığı onların ailəsindən də yan keçmir. Yay tətillərində məhəllədə futbol oynayan uşaqlara qoşula bilmir. Uşaqlar futbol oynayanda kiçik Yalçın yeşik mıxlayar, bunun əvəzində pomidor, xiyar götürüb evə gələrmiş.

***

Yalçın Rzazadə uşaqlıq illərini xatırlayarkən deyir:

"Balıqçılar dənizdən çıxanda qayığı çıxarmağa kömək edərdim, mənə balıq verərdilər. O balıqların bir neçəsini satar, bir-ikisini evə gətirərdim."

1963-cü ildə atasından xəbərsiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Dörd il sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olur. 1979-cu ildə əməkdar artist, 1999-cu ildə xalq artisti adına layiq görülür.

***

Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor assistenti kimi işə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı oldu.

***

Dövrün ən məşhur müğənnilərindən birinə çevrilir. Dövrün ən böyük bəstəkarları ilə çalışır. "Dədə Qorqud", "Gün keçdi", "Qayınana", "Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqisinə həyat verib.

***

O, "Od içində" filmində Əmir bəy rolunu ifa edib. Ancaq bu sənətkarın aktyor kimi ilk və son işi olub. Ondan sonra bir çox filmlərə dəvət alsa da, qastrollarının, konsertlərinin çox olması səbəbindən dəvətləri qəbul edə bilməyib.

Müğənni 20 yaşında ailə həyatı qurub. Bu evlilikdən üç oğlu dünyaya gəlib. Oğlu Mətin Rzazadə onun yolunu davam etdirir.

***

Yalçın Rzazadə də atası kimi oğlunun müğənni olmasına razılıq verməyib. Oğlu müsahibələrinin birində deyir:

"Yalçın müəllim bu sənətin çətinliklərini bilirdi və öz təcrübəsindən bunu görmüşdü. Görünür, məni qorumaq istəyirdi, bu səbəbdən də sənətə gəlməyimi arzulamırdı. Ona görə, atamdan gizlin musiqi məktəbinə daxil oldum. O, məni bir il öz sinfinə qəbul etmədi. Sonradan mənim bu sənətə can atmağımı, istedadımı görüb razılıq verdi, sinfinə qəbul etdi."

Kommunist Partiyasına üzv olmayıb. Bu səbəbdən sovet dövründə onu bir neçə dəfə efirə buraxmayıblar.

***

Yalçın Rzazadənin kiçik qardaşı Rusiyada öldürülüb. Bu ağır xəbəri alan sənətkar 3 gün qapını bağlayıb, evdən çıxmayıb.

***

Kitablarla dost olub. Cek London, Fenimor Kuper kimi yazıçıları sevib. Cabir Novruzla dostluq edib. Yalçın Rzazadə həm də idmançı idi. O, karate üzrə iki dəfə çempion olub. İdman həyatı ilə bağlı "Oğlaq bürcü" adlı film çəkilib.

Azərbaycanda ilk motosiklet sürən adamlardan biri də Yalçın Rzazadədir. Qəza keçirib ayağını sındırandan sonra motosikletlə vidalaşıb.

***

Təbiətcə sərt olan sənətkar bir neçə dəfə əlbəyaxa davaya düşüb. Müsahibələrinin birində deyir:

"Bir dəfə də AzTV-yə konsertə gedirdim. Yağış yağmışdı, yol yaş idi. Avtomobilimin pəncərəsini açmışdım ki, şüşə tərləməsin. Bir bahalı maşında iki nəfər gəldi, yanımdan keçdi, suyu üstümə sıçratdılar. Mən yaxşı maşın sürürəm, hətta deyərdim, ustayam. Maşını sürdüm, arxalarınca. Gəldim, maşını onların avtomobilinin qabağına verib saxladım. Ona iradımı bildirdim, o, da əli ilə mənə "get burdan" dedi. Buna dözə bilməzdim, onun əllə elə davranışı mənə pis təsir etdi. Getdim üstünə, o da qapını açırdı ki, düşsün. Mən özümü yetirdim, qapını açdım, başını da qoydum qapının arasına, vurdum. Sürüşdü yerə düşdü."

Maşın həvəskarı olub. Xarici ölkələrə gedəndə ordan oyuncaq maşınlar alar, kolleksiya toplayardı.

***

Son illər səhhətində ciddi problemlər yaranan Yalçın Rzazadə 2021-ci il fevralın 22-də vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2897   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust